...

TÜRK PA Baş katibi Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 10 Noyabr 2020 17:03 (UTC +04:00)
TÜRK PA Baş katibi Azərbaycan xalqını təbrik edib

Bakı. Trend:

10 noyabr 2020-ci ildə TÜRK PA Baş katibi Altınbek Mamayusupov görkəmli türkoloq Dyula Nemetin 130 illiyinə həsr edilmiş Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunan “Macar türkologiyası” adlı videokonfransda iştirak edib.

Trend-in məlumatına görə, Macarıstan Parlamentinin Sədr müavini Şandor Lezsak, səfirlər və elm xadimlərinin iştirakı ilə baş tutan tədbirdə Baş katib qardaş Azərbaycan xalqını Dağlıq Qarabağda hərbi əməliyyatların uğurla başa çatması və ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti