...

Tərtər rayonuna dəymiş ziyan hesablanır (VİDEO)

Siyasət Materials 14 Noyabr 2020 10:18 (UTC +04:00)
Tərtər rayonuna dəymiş ziyan hesablanır (VİDEO)

Tərtər. Samir Əli - Trend:

Ermənistan silahlı qüvvələrinin artilleriya atəşləri nəticəsində Tərtər rayonuna dəymiş ziyan hesablanır.

Trend-in bölgədə olan əməkdaşının verdiyi məlumata görə, artıq rayon ərazisinə işçi qruplar cəlb edilib.

Xatırladaq ki, noyabrın 6-da Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq Komissiya burada 3 işçi qrupu formalaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti