...

Ermənistandan tələb ediləcək kompensasiyanın məbləği kifayət qədər böyük olacaq - Deputat

Siyasət Materials 23 Noyabr 2020 13:28 (UTC +04:00)
Ermənistandan tələb ediləcək kompensasiyanın məbləği kifayət qədər böyük olacaq - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlaması nəticəsində dəymiş ziyanın məbləği kifayət qədər böyükdür. Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, əvvəllər gur həyatın olduğu şəhərlər indi ruhlar şəhərinə çevrilib, infrastruktur tamamilə dağıdılıb, eyni zamanda meşələr məhv edilib, ekoloji soyqırım baş verib:

“Bu baxımdan ziyanın məbləği bir tərəfdən işğaldan əvvəl mövcud olan infrastukturun tamamilə dağıdılmasında özünü göstərir, digər tərəfdən isə həmin ərazilərin iqtisadi potensialı istifadə edilə bilməyib. Bu gün statistika göstərir ki, uzun müddət işğal altında olan Yuxarı Qarabağ iqtisadi rayonunda iqtisadi potensialdan işğal müddətində istifadə olunmayıb. Bu baxımdan təkcə infrastrukturun dağıdılması deyil, eyni zamanda iqtisadi potensialdan istifadə olunmaması da ölkəmizə ciddi ziyan vurub. Təbii ki, kompensasiya məbləği hesablanan zaman bunun da nəzərə alınması olduqca vacibdir.

Ümumi dəymiş ziyan hesablandıqdan sonra kompensasiyanın ödənilməsi üçün məsuliyyətin müəyyən edilməsi ilə bağlı Azərbaycan beynəlxalq hüquq çərçivəsində addımlar atacaq. Bütövlükdə dəymiş ziyanın məbləği olduqca böyükdür. Əvvəlki dövrlərdə baş verən müharibələr göstərir ki, təzminatın ödənilməsi imkanları var, beynəlxalq hüquq buna şərait yaradır.

Ermənistanın ərazilərimizi uzun müddət işğal altında saxlaması, barbarcasına həmin ərazilərin infrastrukturunu, təbiətini məhv etməsi Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Bu baxmdan Azərbaycanın həmin ziyanın təzminat formasında beynəlxalq qanunlar çərçivəsində Ermənistandan tələb etmək hüququ var və bu baxımdan beynəlxalq qanunlar çərçivəsində bu məsələ ilə bağlı məsuliyyət müəyyən ediləcək və Ermənistandan kompensasiya tələb olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti