...

"YAŞAT" Fondu milli birliyimizin növbəti nümayişidir - Naqif Həmzəyev

Siyasət Materials 9 Dekabr 2020 18:20 (UTC +04:00)
"YAŞAT" Fondu milli birliyimizin növbəti nümayişidir - Naqif Həmzəyev

Bakı. Trend:

Ölkəmizdə hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət sayəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

Bunu Trend-ə Milli Məclisin üzvü Naqif Həmzəyev deyib. Deputat bildirib ki, dövlət başçımız İlham Əliyevin imzaladığı Fərmana əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğurunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək məqsədilə yaradılan "YAŞAT" Fondu şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqətin, qayğının növbəti əyani sübutudur:

"Vətən və xalq naminə şəhid olan Vətən övladlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas və ən vacib istiqamətlərindəndir. Dövlət Başçımız tərəfindən bu istiqamətdə mütəmadi imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, bu sahəyə göstərilən diqqətin bariz nümunəsi kimi içtimaiyyət tərəfindən təqdirəlayiq hal kimi hər zaman qiymətləndirilib.

Dövlətimizin sosial siyasətinin mərkəzində duran Şəhid və Qazi ailələri harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının da daim diqqətində olub. Xüsusi ilə də son günlərdə - İkinci Vətən müharibəsi zamanı hər bir vətəndaşımız Şəhid və Qazilərimizin ailələrinin yanında oldu, öz yardımlarını əsirgəmədilər. Onların dəstəkləri bu gün də davam edir. Vətən müharibəsini qalibiyyətlə başa vurduğumuz bir ərəfədə yaradılan "YAŞAT" Fondu da məhz sahədə koordinasiya fəaliyyətini tənzimləyəcək. Fondun vəsaitinin sərəncamçısının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müəyyən edilməsi isə bu sahədə şəffaflığın tam təmin ediləcəyinə təminat verir.

Qürurverici haldır ki, 44 günlük Vətən müharibəsi zamanı yumruq kimi bir olan Azərbaycan xalqı milli birliyimizin, həmrəyliyimizin əbədi olduğunu hər an nümayiş etdirir. Ölkə Başçımızın cəmiyyətimizdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik rəmzinə çevrilən "Biz birlikdə güclüyük!” çağırışı hər sahədə öz əyani təcəssümünü tapır. Doğma Azərbaycan naminə birlik olmağı bacaran vətəndaşlarımızın Vətən yolunda özlərinə əbədiyyət heykəli ucaldan Şəhidlərimizin ailə üzvlərinə, Qazilərimizə, onların ailə üzvlərinə diqqət göstərmələri, öz töhfələrini vermələri xalqımızın milli birliyinin növbəti nümayişidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti