Ölkəmizdə demokratik ənənələrin formalaşmasına xidmət edən siyasi dialoq təcrübəsi şaxələnir

Ölkəmizdə demokratik ənənələrin formalaşmasına xidmət edən siyasi dialoq təcrübəsi şaxələnir

Bakı. Trend:

Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Təqdirəlayiq haldır ki, Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar siyasi münasibətlər sahəsindən də yan keçməyib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması və tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşmaqdadır.

Trend-in məlumatına görə, ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri arasında açıq şəkildə müzakirə olunması bilavasitə demokratiyanın təcəssümüdür. Bu mənada Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə təşkil olunan görüşlərinin əhəmiyyəti danılmazdır. Növbəti görüşlər Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, həmçinin Müsavat Partiyasının sədri Arif Hacılı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Yeni Zaman Partiyasının sədri Musa Ağayev, Azərbaycan Kommunist Partiyasının sədri Hacı Hacıyev, Birlik Partiyasının sədri Xudadat Xudiyev, Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimov, Qorqud Partiyasının sədri Firudin Kərimov və Milli Demokrat İdrak Partiyasının sədri Osman Əfəndiyev ilə ayrı-ayrılıqda mobil rabitə və videokonfrans formatında olub.

Görüşlər zamanı Vətən müharibəsində qazanılmış Qələbənin ölkənin gələcək inkişafında rolu, Zəfər paradının gənclərin vətənpərvər ruhda formalaşmasında əhəmiyyəti, xalq-dövlət-ordu birliyi, qazi və şəhid ailələrinin problemləri ilə məşğul olacaq yeni yaradılmış “YAŞAT” fondunun gələcək fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, imzalanmış üçtərəfli bəyanatın müvafiq müddəalarının icrası kontekstində Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin beynəlxalq müstəvidə artan rolu, Türkiyənin dəstəyi və qardaş ölkə ilə əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin siyasi partiyaların fəaliyyəti və onların canlanması istiqamətində birgə reallaşdırıla biləcək layihələr, parlament seçkiləri, korrupsiya qarşı mübarizə, hərbi əsirlərin dəyişdirilməsi, sülhməramlıların fəaliyyəti, iyul hadisələri zamanı həbs olunmuş şəxslərin ev dustaqlığına buraxılması, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi, partiyaların qərargahlar ilə təminatı, yeni yaradılan siyasi partiyaların qeydiyyatı, partiyaların qurultaylarının keçirilməsi, habelə COVID-19 pandemiyası ilə ümummilli mübarizə kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.

Vətən müharibəsi ətrafında fikir mübadiləsi zamanı bildirilib ki, əldə olunan qələbə ölkənin tarixinə qızıl hərflərlə yazılacaq hadisədir. Ölkənin və ümumiyyətlə regionun inkişafında böyük dəyişikliklərə səbəb olacaq Qələbə hələ uzun illər ərzində alim və siyasətçilər tərəfindən tədqiq ediləcək. 44 gün davam edən müharibə zamanı bütün dünya Azərbaycanda yaşanan ümummilli və siyasi həmrəyliyə şahid olub.

İqtidarın təşəbbüsləri vasitəsilə ümummilli və siyasi həmrəylik davamlı olaraq inkişaf edir. Azərbaycan xalqının Prezident İlham Əliyevə olan dəstək və inamı bu birliyin və həmrəyliyin zəmanətidir. “Ölkədə yaşanan həmrəylik siyasi dialoq üçün münbit şərait yaradır” fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi iqtidarın siyasi partiyalar ilə mövcud əməkdaşlığının daha da şaxələnməsində maraqlı olduğunu bildirib.

Vətən müharibəsində qazılan şanlı Qələbə, ölkəmizin açıq hərbi üstünlüyü, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin dərinləşməsi, ATƏT-in münaqişə ilə bağlı fəaliyyətinə dair cəmiyyətimizdə formalaşmış neqativ ictimai münasibət, ölkənin artan beynəlxalq hərbi və siyasi nüfuzu, iqtisadi potensialımız və bir sıra digər amillər ölkəmizə qarşı yeni informasiya təxribatlarına səbəb ola bilər. Sözügedən ehtimalı vurğulayan Ə.Vəliyev ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların mövcud istiqamətdə güclərinin səfərbər olmasının vacibliyini xüsusi olaraq qeyd edib.

Siyasi partiyaların rəhbərləri ilə aparılan fikir mübadiləsi çərçivəsində Ədalət Vəliyev vurğulayıb ki, iqtidar-müxalifət dialoqu bütün digər məsələlərlə yanaşı, ilk növbədə, dövlətin inkişafına xidmət etməlidir. Açıq dialoqa və müzakirələrin davamlı şəkildə aparılmasında maraqlı olduğunu bildirən Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların ölkənin gələcək inkişafı ilə bağlı bütün sahələri əhatə edən təkliflərini dinləməyə, həmçinin onların reallaşdırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib. Odur ki, ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar da öz növbəsində həmin münasibətlərin dərinləşməsində maraqlı olmalıdır.

Görüşlər çərçivəsində siyasi və milli həmrəylik naminə partiyalar arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinin zəruriliyini vurğulayan Ə.Vəliyev ölkəmizdə siyasi mədəniyyətin inkişafı məsələsinə də toxunub. Qeyd edib ki, siyasi mədəniyyətin məzmunu bilavasitə ölkənin demokratik potensialı ilə bağlı olduğu üçün mövcud istiqamətdə müvafiq maarifləndirmə işlərinin aparılması vacibdir. Odur ki, birgə maarifləndirmə işlərinin aparılması iqtidar-müxalifət əməkdaşlığının əsas perspektiv istiqamətlərindən biri ola bilər.

Müzakirələr zamanı xüsusi maraq doğuran mövzulardan biri də işğaldan azad olunmuş ərazilərdə birgəyaşayış mühitinin yaradılması olub. Uzun əsrlər boyu Azərbaycanda formalaşmış multikulturalizm ənənələrinin birgəyaşayışın ən ideal düsturu olduğu qeyd edilib.

Siyasi partiya rəhbərləri iqtidarın dialoq istiqamətində atdığı addımlarını, Zəfər Günü, Anım Günü, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunmasını, Vətən müharibəsi qazilərinə və şəhid olmuş şəxslərin ailələrinə dəstək naminə “YAŞAT” Fondunun yaradılmasını yüksək qiymətləndirib, habelə ölkədə aparılan sistemli islahatların vacibliyini vurğulayaraq dövlətin inkişafı və milli həmrəyliyin qorunması naminə bütün təşəbbüslərdə yaxından iştirak etməyə hazır olduqlarını bildiriblər.

Alyaskada 5,4 bal gücündə zəlzələ olub
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
Neftçalada inzibati binada yanğın olub
Neftçalada inzibati binada yanğın olub
Gəncədə  avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb (FOTO)
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfrasnı ilə Azərbaycanın mövqelərini daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır
Bütün xəbərlər