Bakı. Elçin Mehdiyev - Trend:
Uzun illər Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq üçün dəridən-qabıqdan çıxan radikal müxalifət bu gün də öz əməllərinədn, xislətindən əl çəkmir. Belə ki, hər fürsətdə ölkəmizə qarşı qara piar kampaniyası aparmaq üçün həvəslənən dağıdıcılar bu məqsədlə çeşidli yalan və iftiralara əl atırlar. Lakin onların bu iddialarının heç bir əsası olmadığı tez bir zamanda üzə çıxır və cəmiyyət bir daha radikal müxalifətin hansı qaranlıq məqsədlərə xidmət etdiyinin şahidi olur.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirb ki, bu günlərdə müşahidə edilən daha bir məqam da müxalifətin antimilli fəaliyyətinə növbəti dəfə işıq saldı: “Məlum olduğu kimi, bu ilin avqustunda Dünya Bankı özünün "Doing Business" hesabatında 4 üzv ölkənin – Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri - məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlamışdı və bununla bağlı müstəqil araşdırma aparılacağını bildirmişdi. Bu günlərdə isə həmin araşdırmanın nəticələri açıqlanıb”.
Deputatın sözlərinə görə, bu araşdırma ölkəmizin mövqeyini bir qədər də möhkəmlənməsi ilə nəticələnib: “Belə ki, Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırma nəticəsində
Azərbaycanın "DoingBusiness 2020" hesabatındakı mövqeyini daha dayaxşılaşdırıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub. Qeyd edim ki, ilkin hesabatda Azərbaycan 76,7 balla qlobal reytinq sıralamasında 191 ölkə arasında 34-cü olduğu halda, araşdırmadan sonra Azərbaycanın balı 78,5-ə yüksəlib, sıralamada isə ölkəmiz 6 pillə yüksələrək 28-ci olub.
Xatırladım ki, “DoingBusiness 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi.
Sual oluna bilər ki, bu məsələnin radikla müxalifətlə nə əlaqəsi? Məsələ burasındadır ki, DoingBusiness Hesabatı ilə bağlı yuxarıda bəhs ediləm məqam ortaya şıxanda Azərbaycandakı müxalif dairələr, daha dəqiq desək, radikal müxalifət düşərgəsinin təmsilçiləri bəzi üzv ölkələrdən alınan məlumatlarla Bankın metodologiyası arasındakı uyğunsuzluğa görə diqqəti rəsmi Bakının üzərinə çəkməyə cəhd edir və ənənəvi olaraq bu faktdan Azərbaycan hakimiyyətinin ünvanına qərəzli və əsassız ittihamlar səsləndirmək üçün istifadə etməyə cəhd göstərirdi.
O cümlədən, radikal düşərgənin Cəmil Həsənli, Sevinc Osmanqızı kimi xaricdə məskunlaşmış təmsilçiləri ölkəmizə qarşı olmazın iddialar səsləndirirdilər”.
V.İskəndərov əlavə edib ki, amma radikalların bütün iddiaları kimi, bu iddialarının da ömrü sabun köpüyü qədər oldu:
“Yəni, indi məlum oldu ki, əvvəla, ilkin uyğunsuzluğun günahkarı məlumatları verən üzv ölkələr, o cümlədən Azərbaycan deyilmiş. Problem Bankın özünün səhv hesablamasındadır. Ən əsası isə araşdırma nəticəsində Azərbaycanın reytinqi nəinki pisləşdi, əksinə, bir az da yüksəldi. Müstəqil araşdırma Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut edib”.