...

Azərbaycan Silahlı Qüvvələri ermənilərə heç bir şans verməyəcək - Hərbi ekspert

Siyasət Materials 6 Yanvar 2021 19:11 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələri ermənilərə heç bir şans verməyəcək - Hərbi ekspert

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənilər yenə eyforiyaya qapılıb Azərbaycandan qisas alacaqları barədə cəfəng fikirlər səsləndirirlər. Ermənistan nə qədər yalnışlığa yol verəcək, hamısı öz başında çatlayacaq.

Bunu Trend-ə hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ü.Cəfərov bildirib ki, Ermənistan ağlını başına yığmalı və düşdüyü acı vəziyyətdən nəticə çıxarmalıdır:

“Ermənilərdə deyəsən bir balaca eyforiya əmələ gəlir və o eyforiya onların ziyanına olacaq. O ki qaldı onların təzədən ordu yaratmalarına, bu, artıq keçmişdə qaldı. Hələlik, bəzi texniki məsələlər var deyə, elə fikirləşirlər ki, Azərbaycan onların hərəkətlərinə göz yumacaq və bunlara heç kim "gözün üstə qaşın var" deməyəcək. Elə şey olmayacaq. Araik Arutyunyan da, onun cinayətkar dəstəsi də gedəcək və buna heç kimin şübhəsi olmasın. Azərbaycan ona görə ermənilərə ağır zərbə vurmadı ki, yenə də baş qaldırıb bizim ərazilərimizdə hansısa hoqqalardan çıxsınlar. Onların bəzi havadarları hələ də onlara müəyyən ürək-dirək verirlər, amma hesab edirəm ki, Ermənistan rəhbərliyi vəziyyətdən cox ciddi nəticələr çıxarmalıdır.

Düşünürəm ki, hələ qarşıda uzun müddət ərzində Ermənistan müharibənin onlar üçün hansı fəlakətə səbəb olduğunu daha yaxşı hiss edəcəklər. Ermənilər ağıllarını başlarına yığmadılar və belə bir vəziyyətlə üzləşdilər, amma Azərbaycan silahlı qüvvələri ermənilərin edə biləcəyi hər hansı bir artıq-əskik hərəkətə görə onlara şans verməyəcək. Onlar düşünməsinlər ki, kimsə onların arxasnda dayanacaq. Bu dəfə Azərbaycan tərəfi məsələni daha sərt şəkildə qoyacaq və Ermənistan tərəfi bunun altından ümumiyyətlə çıxa bilməyəcək”.

Xəbər lenti

Xəbər lenti