...

Bu müşavirə həm də 30 illik müstəqillik tariximizin bir növ qısa hesabatı idi - Deputat

Siyasət Materials 8 Yanvar 2021 19:04 (UTC +04:00)
Bu müşavirə həm də 30 illik müstəqillik tariximizin bir növ qısa hesabatı idi - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə müstəqillik tariximizin ən şanlı ilinin, tarixi zəfər ilinin yekunlarına həsr edilmiş müşavirə kimi yadda qaldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, elə müşavirədə qoyulan məsələlər də, 2021-ci ildə görüləcək işlərlə bağlı səsləndirilən fikirlər də tarixi idi:

“Qarşıda duran vəzivələr və görüləcək işlər isə ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın gələcək inkişafı və işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın təmin olunması ilə bağlı idi. Müşavirə eyni zamanda həm də 30 illik müstəqillik tariximizin bir növ qısa hesabatı idi. Azərbaycan Prezidenti torpaqlarımızın 30 ilə yaxın davam edən işğaldan azad edilməsindən danışarkən bir sıra mühüm məslələri qeyd etməklə əslində nə üçün işğala məruz qalmağımızın səbəblərinə də toxunaraq bu səbəblərin yeni nəslə obyektiv şəkildə çatdırılmasının aktuallığından danışdı.

Doğrudan da yalnız tarixi yaddaşda varislilik və milli hesabatlılıq sayəsində tarixdən dərs çıxartmaq və yol verilən səhvləri bir daha təkrar etməmək olar. Üçtərəfli bəyənnamədə razılaşdırılmış maddələrədən danışarkən bu maddələrin qeyd-şərtsiz yerinə gətirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bu yaxınlarda Ermənistanın xarici işlər nazirinin Azərbaycanın ərazisinə qeyri-qanuni səfərinə də toxunaraq sərt bir şəkildə xəbbərdarlıq etdi, eyni zamanda bir daha rus sülməramlılarına öz vəzifələrini xatırlatdı.

Müşavirədə böyük qayıdışın artıq həyata keçirilməsindən danışıldı və aydın oldu ki, hazırda bu qayıdışı təmin edəcək ilkin nəqliyyat və kommunikasiya layihələrinin icrasına başlanılıb və qısa müddətdə xeyli işlər görlülüb. Bununla belə, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialının və təbii resurslarının qısa müddətdə qiymətləndiriləməsi və iqtisadi inkişafımız ilə bağlı qarşıda mühüm vəzifələrin dayandığı bildirildi.

Şəhərlərimizin yenidənqurulması, tarixi mədəni və dini abidələrimizin bərpa eddilməsi, işğal müddətində erməni vandalizminə məruz qalmış ərazilərimizə dəymiş ziyanın hesablanarq təzminatla bağlı hüquqi prosedurların başladılması da müşavirədə diqqət mərkəzində olan məsələlərdən idi. Ən mühüm məsələlərdən biri isə Vətən müharibəsinin birinci qəhrəmanları olan şəhidlərimizə və onların ailələrinə dövlət qayğısının daimi olacağı ilə bağlı Ali Baş Komnandan İlham Əliyevin səsləndirdiyi fikirlər idi.

Prezident bildirdi ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək - "Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə, eyni zamanda, ikinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır".

Doğrudan da belə bir qərarın qəbul edilməsi öz canlarını vətən torpaqlarımızı işğaldan azad edilməsi üçün fəda edən müqəddəs şəhidlərimizin ruhuna hörmət, onların ailələrinə isə diqqət və qayğının nümunəsi kimi qimətləndirilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti