...

Ermənilər də etiraf edir ki, Azərbaycan torpaqlarını AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində işğal ediblər - Deputat

Siyasət Materials 15 Yanvar 2021 09:50
Ermənilər də etiraf edir ki, Azərbaycan torpaqlarını AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində işğal ediblər - Deputat

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Ermənstanın daxilində də, xüsusən Ermənistan müxalifətinin lideri, 1990-91-ci illərdə Ermənistanın baş naziri, 1992-93-cü illərdə Ermənistan müdafiə naziri olmuş və Azərbaycan torpaqlarının işğal olunmasında ən başlıca rol oynayanlardan biri Vazgen Manukyan Ermənistan adından etiraf edir ki, Azərbaycan torpaqlarını 90-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda AXC-Müsavat cütlüyünün hakimyyətdə olmasından istifadə edərək işğal ediblər.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, ermənilər özləri bu gün Ermənistanın baş naziri Nikol Paşinyanı o zaman AXC-nin rəhbəri, o cümlədən hakimiyyətə gələn Əbülfəz Elçibəylə müqayisə edirlər: “Ermənilər qeyd edirlər ki, o zaman Azərbaycanda hakimiyyətə gələnlərin səriştəsizliyindən, ölkəni xaos vəziyyətinə gətirməsindən və ölkədə öz maraqlarını hər şeydən üstün tutması səbəbindən yaranmış boşluqdan istifadə edərək Azərbaycan torpaqlarını işğal etdilər.

Ermənilər onu da qeyd edirlər ki, bu gün isə Azərbaycan “Ermənistanın Elçibəyi” Nikol Paşinyanın hakimiyyətindən istifadə edərək torpaqları geri qaytardı”.

C.Osmanov bildirib ki, AXC-Müsavat cütlüyünün o zaman hakimiyyətə gələmək uğrunda etdikləri xəyanət, özbaşınalıq, vətəndaş qarşıdurması yaratmaları, o cümlədən Azərbaycanın hərbi hissələrini bir-birinə qarşı vuruşdurmaları və Dağlıq Qarabağ münaqişəsindən özlərinin hakimiyyətə gəlməsi üçün istifadə etmələri ucbatından torpaqlarımız işğal olundu: “Onlar hakimiyyətdə olduqları bir il müddətində də ölkədə səriştəsizlik, eyni zamanda müharibə aparan bir ölkənin ali baş komandanı, prezidenti Əbülfəz Elçibəyin öz postunu tərk edərək Naxçıvanda gizlənməsi Azərbaycan torpaqlarının işğal olunmasına səbəb oldu.

Bu gün də onların davamçıları, AXCP, xüsusən “milli şura” ətrafında birləşən Əli Kərimli, Cəmil Həsənli kimiləri və digərləri erməni lobbisinin əlində bir alətə çevrilib və Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinə kölgə salmağa çalışırlar. Onlar elə o zaman da Azərbaycan xalqının maraqlarına xidmət etmirdilər, öz maraqlarını hər bir məsələdən üstün tuturdular. Onlar o zaman da xəyanət yolu tutmuşdular, indi də öz xəyanət yollarını davam etdirirlər. Xalqmız onları tarixin zibilliyinə atıb və onlar heç zaman oradan çıxa bilməyəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti