"Milli şuranın" milli xəyanəti yeni hadisə deyil - Əli Əhmədov

"Milli şuranın" milli xəyanəti yeni hadisə deyil - Əli Əhmədov

Bakı. Ceyhun Ələkbərov - Trend:

Müxalifətin radikal qanadının yaratdığı “milli şuranın” Azərbaycanın milli maraqlarına tam zidd siyasi xətt tutması yeni hadisə deyildir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, "Milli şura" adlandırılmasına baxmayaraq, təsis edildiyi ilk gündən anti-milli mahiyyət nümayiş etdirməsi bu qurumun az qala siyasi brendinə çevrilib. Əslində, onun konstruksiyası dövlətin milli maraqları anlayışı strukturunda özünə yer tapa bilməmişdir və ya bunu istəməmişdir. Azərbaycana qarşı təbliğat aparmaq “milli şuranın” təkcə siyasi taktikası deyil, həm də ideologiyasıdır. Onun siyasi fəlsəfəsində və apardığı təbliğatda müxtəlif xarici qüvvələrin anti-Azərbaycan kampaniyaları ilə oxşar cəhətlər o qədər çoxdur ki, bunları sadəcə təsadüf kimi qiymətləndirmək sadəlövhlük olardı. “Milli Şuranın” və anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardığı çirkin siyasi kampaniyanın vahid ideoloji-təbliğat platformadan çıxış etməsi ikinci Qarabağ müharibəsinin başa çatmasından sonra bir daha özünün təkzidbedilməz təsdiqini tapmaqdadır:

"Qarabağın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və tarixi ədalətin bərqərar olunması ilə yekunlaşmış Vətən müharibəsinin nəticələrinin təftiş edilməsi Azərbaycanın düşmənlərinin və onlara havadarlıq edənlərin anti-Azərbaycan təbliğatının başlıca vəzifəsinə çevrilib. Müharibədə məğlub olan, işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmağa məcbur edilən, ordusu tar-mar olunmuş Ermənistanın bu yönümdə əlacsız cəhdlərini bəlkə də başa düşmək olar. Lakin “milli şuranın” rəhbərləri olan Əli Kərimli – Cəmil Həsənli cütlüyünün və ətrafındakılarının mahiyyət etibarilə anti-Azərbaycan dairələrin apardığı çirkin kampaniyadan heç nə ilə fərqlənməyən hərəkətlərini, böhtançı və əslində, satqın təbliğat kampaniyalarını başa düşmək heç cür mümkün deyil. Sağlam təfəkkür bu işdə acizdir. Buna görə də minlərlə, on minlərlə insan “milli şura” təmsilçilərinin dövlət maraqlarımızla daban-dabana zidd olan hərəkətlərini və təbliğatını sadəcə lənətləyirlər.

Təxminən 30 il bundan əvvəl indiki “milli şurada” cəmləşən insanların təmsil olunduğu hakimiyyətin bağışlanmaz səhvləri nəticəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə layiqli müqavimət göstərilmədi, Dağlıq Qarabağ və ətrafındakı rayonlar işğal edildi. Azərbaycanın ərazi bütövlüyünün qorunmasını təmin etmək əvəzinə hakimiyyətdaxili çəkişmələri qızışdıran, ölkədə separatizmin alovlanmasına rəvac verən məsuliyyətsiz siyasət aparan, milli birliyi təmin edə bilməyən, ölkədə xaos və anarxiya yaradan və bu səbəblərdən bütünlüklə iflas olan AXC-Müsavat hakimiyyəti son anda ölkəyə daha bir ağır zərbə vurdu – Prezident və Ali Baş Komandan Əbülfəz Elçibəy 1993-cü il iyun ayının 18-də Ordubadın Kələki kəndinə qaçdı, hökumət üzvləri isə vəzifələrini “dondurduqlarını” elan edərək hakimiyyət böhranını daha da dərinləşdirdi. AXC-Müsavat hökumətinin bu hərəkətinin komandirin ordunu döyüş meydanında qoyub qaçmasından heç bir fərqi yoxdur. Birinci hal nə qədər ağır cinayətdirsə, ikinci hal ondan heç də az olmayan cinayətdir.

Görünür heç də təsadüfi deyildir ki, bir çox erməni siyasətçiləri və adi insanlar ölkənin indiki baş naziri Paşinyanı Ermənistanın Elçibəyi adlandırırlar. Bu həm də ona işarədir ki, mənfur düşmən də birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğal olunmasında AXC-Müsavat hakimiyyətinin cinayət xarakterli “xidmətlərinin” xüsusi rol oynadığını etiraf edir.

Qanlı yanvar hadisəsinin növbəti ildönümü ərəfəsində qeyd etmək yerinə düşər ki, AXC-Müsavat hakimiyyətində təmsil olunanların 1993-cü ilin iyununda vəzifələrini tərk edib gizlənmələri onların heç də ilk qaçışı deyildi. 1990-cı ilin yanvar ayında əliyalın insanları sərxoş və beyinləri dumanlı sovet ordusu əsgərlərinə müqavimət göstərmək üçün küçələrə dəvət edənlər dəhşətli qırğın zamanı hərəsi bir yana qaçıb gizləndilər. O cümlədən o zaman hələ Əbülfəz Əliyev olan Elçibəy də qaçıb 6 ay üzə çıxmadı.

Lakin 20 yanvar tarixinin dəyanət, ləyaqət və cəsarət nümunəsi də var. Bakıya qoşun yeridib dinc əhaliyə divan tutan M.Qorbaçovun siyasi təqibə məruz qoyduğu Ümummilli Lider Heydər Əliyev onun həyatına birbaşa təhlükə olmasına baxmayaraq, imperiyanın paytaxtı Moskvada mətbuat konfransı keçirərək, azərbaycanlılara qarşı törədilən qanlı cinayəti qətiyyətlə pislədi, onu təşkil edən SSRİ rəhbərliyini ittiham etdi. O zaman, İlham Əliyev də həmin mətbuat konfransında iştirak etməklə həyatını real təhlükə altına qoymuşdu.

Beləliklə, xalqın taleyinin ən həssas anlarında iki davranış nümunəsi tarixə həkk olunub: bir tərəfdə Heydər Əliyevin və onun oğlu İlham Əliyevin Bakı qırğınını törədən Sovet imperiyasının paytaxtında açıq mətbuat konfransı təşkil edərək M.Qorbaçovu azərbaycanlılara qarşı qətliam törətməkdə ittiham etməsi, digər tərəfdə isə Bakıda özünü ölkənin gələcək lideri kimi görənlərin canlarını qurtarmaq üçün biabırcasına qaçıb gizlənməsi. Nə qədər fərqli insanlar, nə qədər fərqli xarakterlər. Heç də təsadüfi deyil ki, AXC-Müsavat hakimiyyətinin ölkəni ağır böhrana salan, məğlub vəziyyətə gətirən rəhbərləri 1993-cü ilin iyun ayında yenidən qaçıb gizlənməyə üstünlük verdilər, Heydər Əliyev isə onların mirasını aradan qaldırmalı, erməni təcavüzünün ölkənin dərinliklərinə irəliləməsinin, separatizmin və digər təhlükəli meyillərin qarşısını almalı oldu. Və nəhayət, AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını 1990-cı ilin yanvarında qaçıb gizlənənlərdən fərqli olaraq, Sovet imperiyasının mərkəzində əli qana batmış Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi.

Paradoks bundan ibarətdir ki, 1992-1993-cü illərdə birinci Qarabağ müharibəsini uduzan AXC-Müsavat hakimiyyətinin “milli şurada” təmsil olunan nümayəndələri II Qarabağ müharibəsində xalqımızın şanlı qələbəsinin tarixi əhəmiyyətinin üzərinə kölgə salmağa çalışır, nəticələri təftiş edir və bu hərəkətləri ilə anti-Azərbaycan qüvvələrlə bir mövqedə dayanırlar. Xalqımızın və dövlətimizin düşmənləri ilə eyni mövqedə olan, eyni dərəcədə anti-Azərbaycan təbliğatı aparanlar özlərini nə qədər “milli şura” adlandırsalar da, milli xəyanət yoluna yuvarlandıqlarından yaxalarını kənara çəkə bilməyəcəklər.

Vətən müharibəsi tarixi qələbəmizlə başa çatıb. Düşmən məğlub olub. 30 il işğal altında olan Qarabağ azad edilib. Bütün dünya Prezident, Ali Baş Komandan İlham Əliyevin möhtəşəm zəfərini qəbul edir, Cənubi Qafqazda tamamilə yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşır. Əli Kərimli-Cəmil Həsənli cütlüyü isə bəzi maraqlı dairələrin dəstəyi ilə əldə etdiyi təbliğat imkanlarını səfərbər edərək tarixi qələbəmizə inamı sarsıtmağa, xalqın yeni qürur və ilham mənbəyinə şübhə yaratmağa çalışır. Buna milli xəyanətdən başqa ad vermək mümkün deyil. Təəssüf ki, milli maraqlarımıza xəyanət “milli şura” adı altında həyata keçirilir".

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
“Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib (FOTO)
Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır - Hərbi ekspert
Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub (FOTO)
Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub
Bəzi avtobusların hərəkət sxemlərində dəyişiklik edildi
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Lənkəranda “EU4Lankaran” proqramının rəsmi açılış mərasimi olub
Hərbi helikopterin qəzaya uğradığı yerdən görüntülər (FOTO/VİDEO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 678 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb
Azərbaycan dili fənni üzrə sınaq imtahanı keçiriləcək
İran hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Helikopter qəzasında 14 nəfər həlak olub - ADLAR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
İşğaldan azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin iştirakı barədə müzakirə aparılıb (FOTO)
Paşa Bankın onlayn biznes krediti zirvədədir!
Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
AzMİU-da “Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransı keçirilib (FOTO)
İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA
Türkiyə və Rusiyadakı soyuq hava siklonları Azərbaycana təsir edəcək? - AÇIQLAMA
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb
30 tona yaxın yararsız məhsul məhv edilib
"JP Morgan" ilin sonuna qədər Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqlayıb
Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq seminarda iştirak edib (FOTO)
Üç qurum koronavirusun yeni “Omicron” variantı ilə bağlı vətəndaşlara müraciət etdi
Orta Asiya gəncləri üçün sahibkarlıq üzrə vebinar konfrans keçirilib (FOTO)
Magistraturaya hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçiriləcək
Satdığı şirniyyatdan qurd çıxan market rəhbərliyi məsuliyyətə cəlb olunub
Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olan zaman baş verib
Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq - Səttar Möhbalıyev
AccessBank-da iş var
Petkim Külək Elektrik Stansiyasının istehsal hədəfləri açıqlanıb
Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb
Azərbaycan və Türkiyə Qarabağda 128 kvadrat kilometr minalanmış ərazini birgə təmizləyib
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib (YENİLƏNİB)
Xəzər dənizində zəlzələ olub
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
İki rayon və 65 kəndə qazın verilişi müvəqqəti dayandırılacaq
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib
“Gənclərin biznes emalatxanası” layihəsinə start verilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq - Nazir
Küçədə aşkarlanan koronavirus xəstəsi barədə araşdırma aparılır
Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL
"SOCAR Türkiyə" investisiya planlarını açıqlayıb
Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb (FOTO)
Çin Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü barədə bəyanat verib
“SOCAR Türkiyə” əməliyyatların 90 faizini dollarla aparır - Baş direktor
Ötən gün ölkədə 16 yanğın olub, bir nəfər xilas edilib (VİDEO)
Ölmüş heyvan ətinin satışının qarşısı alınıb (FOTO)
“SOCAR Türkiyə”nin EBITDA üzrə gəliri açıqlanıb
Çoxmənzilli binalarda işıq sayğacları MTK hesabına quraşdırılmalıdır - Dövlət Xidməti
İnsan alverində təqsirləndirilən qadın 8 il azadlıqdan məhrum edildi
Azərbaycanda 20 mindən çox koronavirus testi istehsal olunub
MDU Erasmus+ layihəsi çərçivəsində tərəfdaşlığını davam etdirir (FOTO)
Bakıda küçədə döyülən şəxs xəstəxanada öldü
Azərbaycanda sığorta sektorunda yeniliklər planlaşdırılır
Bu il Petkimin gəlirləri rekord həddə olacaq - Zaur Qəhrəmanov
Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq bizim üçün çox vacibdir - Aİ (FOTO)
Kazanda “Müasir Müsəlman Mədəniyyəti Gənclər Festivalı” öz işini başa çatdırıb (FOTO)
Müayinədən keçirilmiş 2193 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib - DİN-in idarə rəisi
Cəbrayılda minaya düşən fəhlənin videogörüntüləri yayıldı
QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi”ni keçirir
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
TANAP-dan Türkiyəyə ötürülən qazın həcmi 13.4 milyard kubmetrə çatıb
Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib (FOTO)
Gələn həftə BMT Beynəlxalq məhkəməsi Ermənistana qarşı qərarı açıqlayacaq
Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
"SOCAR Türkiyə"nin investisiya xərcləri 16.5 milyard dolları keçib (FOTO)
“Şəki” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
Azərbaycandan Türkiyəyə qaz ixracının həcmi açıqlanıb
Ata Abdullayevə dedim, bir quzu kəsdirim verim sənə, razılaşmadı - Masazır bələdiyyəsinin sədri
HHM bölmələrinin döyüş atışları keçirilib (VİDEO)
Lirənin ucuzlaşması SOCAR-ın Türkiyədəki gəlirlərinə necə təsir göstərir?
IBF Bakı Forumu Azərbaycana investisiya axınını artıracaq - MÜSİAD Azərbaycanın rəhbəri
İƏT-in XV Zirvə Toplantısında verilən qərarlar Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi - Bəhruz Quliyev
Koronavirusun yeni ştammı – omikron. Ölkəmiz üçün bu təhlükə realdırmı? - Mərkəzi Gömrük Hospitalının şöbə rəisi
Karantini pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb (FOTO)
Azərbaycanda 2022-2023-cü illərdə neft hasilatı üzrə proqnozlar açıqlanıb
Xorvatiya mətbuatı Azərbaycanın Qarabağda nəqliyyat, kənd təsərrüfatı və “smart city” təcrübəsindən yazıb (FOTO)
Cənub rayonlarında elektrik təsərrüfatı yenilənir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
Türkiyədə 5 baldan yuxarı zəlzələ olub
Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu
Gürcüstandan gətirilən 90 tona yaxın kartof geri qaytarıldı
Xaçmazda yanacaqdoldurma məntəqəsində yük avtomobili yanıb, bir nəfər xəsarət alıb
Kəlbəcərin Qılınclı kəndi (VİDEO)
Ötən ay sosial müavinət alanların 85 faizi qadınlar olub
Bütün xəbərlər