...

İşğal altında uzun müddət saxlanılmış torpaqların dirçəldilməsi dövrü başlayır - Fransadakı səfirimiz

Siyasət Materials 22 Yanvar 2021 17:12 (UTC +04:00)
İşğal altında uzun müddət saxlanılmış torpaqların dirçəldilməsi dövrü başlayır - Fransadakı səfirimiz

Bakı. Elçin Mehdiyev - Trend :

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Fransanın “Atlas Journalı”na (Le Courrier de l’Atlas) Dağlıq Qarabağ münaqişəsi, habelə bu münaqişənin tarixçəsi haqqında müsahibə verib.

Trend-in məlumatına görə, səfir bildirib ki, beynəlxalq hüququn prinsipləri və tarixi ədalət nəhayət ki bərqərar edildi. O qeyd edib ki, 1991-1994-cü illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq-Qarabağ, eləcə də 7 ətraf rayon artıq azad edilib:

"BMT TŞ tərəfindən 1993-cü ildə 4 qətnamənin qəbul ediməsinə baxmayaraq, məhz biz özümüz beynəlxalq hüquqa hörmət edilməsinə nail olduq. Artıq, yeni bir dövr başlayır, işğal altında uzun müddət saxlanılmış torpaqların dirçəldilməsi dövrü başlayır. Ümidvaram ki, Ermənistan və Azərbaycan arasındakı əlaqələr də bərpa olunacaq. Hal-hazırda, bu haqda hələ ki, danışmaq mümkün deyil və bu asan olmayacaq, çünki Ermənistan cəmiyyətində revanş (qisas) hissləri hələki tüğyan edir".

Səfir vurğulayıb ki, Dağlıq-Qarabağ regionunun işğalından sonra, şəhərlərimiz, kəndlərimiz, tarixi abidələrimiz, qəbiristanlıqlarımız darmadağın edilib: "Bir sıra yollar minalanıb. Belə olduğu təqdirdə deyə bilərik ki, 30 il ərzində hüquqları tapdalanmış 7 yüz mindən artıq azərbaycanlı məcburi köçkünün bu ərazilərə qayıtmasını təmin etmək üçün geniş miqyaslı işlər həyata keçirilməlidir.

Qərbdə vətəndaş hüquqlarından ağız dolusu danışırlar, lakin azərbaycanlı məcburi köçkünlərin pozulmuş hüquqlarını xatırlatmaq üçün çox da bəhs edilməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti