...

Parlamentin İntizam komissiyasının tərkibi yenidən təşkil edilib

Siyasət Materials 1 Fevral 2021 12:35 (UTC +04:00)
Parlamentin İntizam komissiyasının tərkibi yenidən təşkil edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin İntizam komissiyasının tərkibi yenidən təşkil edilib. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin yaz sesiyasının bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılıb.

İntizam komissiyasının tərkibinin əvvəlki üzvlərdən təşkil olunması təklif edilib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, komissiyasının tərkibi aşağıdakı kimidir:

Eldar Rza oğlu İbrahimov - Sədr

Fəzail Rəhim oğlu Ağamalı

Nurlan Urfan oğlu Həsənov

Afət Əbil qızı Həsənova

Məlahət İbrahim qızı İbrahimqızı

Nəsib Məhəmməd oğlu Məhəməliyev

Hikmət Baba oğlu Məmmədov

Məşhur Şahbaz oğlu Məmmədov

Səttar Suliddin oğlu Möhbalıyev

Madər Əliəsgər oğlu Musayev

Nizami Abdulla oğlu Səfərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti