Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi yenidən təşkil olunub.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin yaz sesiyasının bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılıb.
Komissiyanın tərkibinin əvvəlki üzvlərdən təşkil olunması təklif edilib. Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Hesablayıcı komissiyasının tərkibi aşağıdakı kimidir:
Eldar Allahyar oğlu Quliyev (sədr)
Mixail Yuryeviç Zabelin
Elnur Marat oğlu Allahverdiyev
Rauf Asif oğlu Əliyev
Emin Məcid oğlu Hacıyev
Sevinc Əmirəhməd qızı Hüseynova
Sədaqət Süleyman qızı Vəliyeva