İnsan amili, vətəndaş məmnunluğu dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır - Vüqar Rəhimzadə

İnsan amili, vətəndaş məmnunluğu dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır - Vüqar Rəhimzadə

Bakı. Trend:

COVID-19 pandemiyası 2020-ci ili iqtisadi baxımdan dünya dövlətləri üçün durğunluq dövrü kimi tarixə yazdı. Diqqət yetirsək görərik ki, mübarizə tədbirlərinə başlanan zaman əksər dövlətlərin özünə qapanaraq vəziyyətdən çıxmaq üçün düzgün yol müəyyənləşdirə bilməmələri bir sıra iqtisadi və sosial fəsadlara yol açdı. Azərbaycan isə yenə də özünün təcrübəsi ilə diqqət çəkdi. Ümumdünya Səhiyyə Təşkilatı ilk gündən bu proqnozunu açıqladı ki, Azərbaycan koronavirus infeksiyası ilə mübarizədən az itki ilə çıxacaq. Dövlətimizin başçısı İlham Əliyev insanların sağlamlığı amilini önə çəkməklə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsini, heç bir sosial layihənin təxirə salınmayacağını qarşıya əsas hədəf kimi qoydu. 2020-ci ilin ilk ayından bugünədək görülən tədbirlərə, atılan addımlara diqqət yetirsək qarşıya qoyulan məqsədə nail olunduğunu görərik. Nəzərə alaq ki, Azərbaycan ötən il koronavirus infeksiyası ilə mübarizə aparmaqla yanaşı, ərazi bütövlüyünü bərpa etdi, 30 illik işğala son qoydu, Ermənistana və ona havadarlıq edən dövlətlərə haqqın, ədalətin gec-tez qalib gələcəyini göstərdi. Təbii ki, 44 günlük müharibə, eyni zamanda, ölkəmizin bütün sahələrdə malik olduğu imkanların da təqdimatı oldu.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının, Abşeron rayonunda “Xırdalan” yarımstansiyasının, həmçinin bu rayonda bir sıra sosial obyektlərin, Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirakı bir daha bu reallığın təsdiqidir ki, insan amili, vətəndaş məmnunluğu hər zaman dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır: “Möhtərəm Prezidentimiz İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin pandemiyaya qarşı mübarizə, həmçinin postmüharibə dövründə görüləcək işlərə bir daha diqqəti yönəldərək bu əsas hədəfi açıqlamışdır ki, dünyaya müasir Azərbaycanın gücünü göstərməliyik. Azərbaycanın COVID-19-la mübarizə tədbirlərinə başlandığı gündən həyata keçirdiyi tədbirlər planlı xarakter daşıyıb. İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə reallaşdırılan tədbirlər Azərbaycan təcrübəsinin təqdir olunmasını şərtləndirir. İlk gündən səhiyyə sisteminin təkmilləşdirilməsinə, yeni xəstəxanaların tikilib istifadəyə verilməsinə, modul tipli xəstəxanaların quraşdırılmasına diqqət göstərildi. Xüsusi qeyd etmək lazımdır ki, pandemiyaya qarşı mübarizə əksər ölkələrin səhiyyə sahəsində imkanlarının qənaətbəxş olmadığını açıqladı. Azərbaycanda isə digər ölkələrdən fərqli olaraq bu sahədə də vəziyyət ürəkaçandır. Ölkəmizdə bununla bağlı mövcud statistikaya diqqət yetirsək görərik ki, son 17 ildə 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin xəstəxana və tibb müəssisələri fondu indi ən yüksək standartlara cavab verir. Bunu şərtləndirən əsas amil cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək bu istiqamətdə reallaşdırdığı layihələr oldu. Möhtərəm Prezidentimizin də vurğuladığı kimi, baxmayaraq ki, o illərdə «qara qızıl»ımızın həcmi o qədər də böyük deyildi, amma bilirdik ki, Azərbaycanı böyük neft hasilatı dövrü gözləyir. Elə də oldu. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri reallığa çevrildi. Neftdən əldən edilən gəlirlər insan kapitalına yönəldildi".

Baş redaktor bildirib ki, ölkəmiz pandemiya dövründə birgə mübarizə tədbirlərini həyata keçirməyə xidmət edən bir çox nəcib təşəbbüslər irəli sürdü, eyni zamanda, iqtisadi imkanları zəif olan xarici ölkələrə yardım etməyi özünə mənəvi borc bildi: "Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində də bu məqama xüsusi diqqət yönəldərək bildirmişdir ki, bu dövrdə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının Zirvə görüşləri COVID-19-a həsr edilib. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da etmişdir ki, peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta Azərbaycan tərəfindən zəngin ölkələrə kasıb ölkələrin vətəndaşları üçün o peyvəndin alınmasına çağırış olunmuşdur. Bütün bunlar Azərbaycanın digər ölkələrin problemlərinə laqeyd yanaşmadığını, ən çətin anlarda onları tək qoymaq istəmədiyini təsdiqləyir. Necə ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan üçün həqiqət anı oldu. Kimin haqqın, ədalətin, kimin şərin yanında olduğu bir daha təsdiqləndi".

V.Rəhimzadə diqqəti dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada görüləcək işlərlə bağlı fikirlərinə yönəldərək bildirmişdir ki, möhtərəm Prezidentimizin hər bir vədinin arxasında konkret əməli işin dayanması bu hədəfimizin də yaxın zamanlarda gerçəkləşəcəyinə əminlik yaradır: «Qarabağımız, onun tacı olan Şuşamız qısa zamanda cənnət məkana çevriləcək. Möhtərəm Prezidentimiz bütün işlərin planlı şəkildə həyata keçiriləcəyini bildirdi. Əsas diqqət göstərilən məsələlərdən biri də tarixi abidələrimizin bərpa olunmasıdır. Şuşanın hər bir məhəlləsi, hər bir daşı tarixdir. İşğaldan azad edilmiş torpaqlarımızın malik olduğu potensial imkanlar Azərbaycanın dünyaya təqdimatında bir daha öz sözünü deyəcək. Baxmayaraq ki, ermənilər illərdir Şuşanın onlara məxsus olduğunu iddia edirdilər. Tarixi, dini abidələri dağıtmaqla, yerlə-yeksan etməklə bu torpaqların əsl sahibini inkar etmək qeyri-mümkündür. Tariximizi özündə əks etdirən bu abidələrimizin bərpası üçün xarici mütəxəssislərin cəlb ediləcəyi bildirildi.

Təbii ki, qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun artırılması əsasdır. Bu isə öz növbəsində dövlət məmurlarının üzərlərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmələrini bir tələbə çevirir. Möhtərəm Prezidentimizin məmurlardan tələbi daim bu olub: Dövlət maraqları hər şeydən üstün olmalı, məmurlar xalq üçün yaşamalı, onların qayğıları ilə maraqlanmalı, məsuliyyət hissini unutmamalıdırlar. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq və bərpa işlərində də öz şəxsi və qrup maraqlarını güdən bəzi məmurlara ciddi mesajdır. O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında bu ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin ediləcək. Artıq Qarabağın ürəyi olan Şuşada bu institut yaradılıb. Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində də bu məqama diqqət çəkərək müvəqqəti idarəetmə strukturunun yaradılmasının səbəbini açıqlamışdır: "Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq.» Möhtərəm Prezidentimiz hər zaman çıxışlarında bildirir ki, Azərbaycan hüquqi dövlətdir. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur".

Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib - “Azərişıq”
Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib - “Azərişıq”
Qazla bağlı ən çox müraciətlər Xəzər, Sabunçu, Binəqədi rayonlarından olub
Qazla bağlı ən çox müraciətlər Xəzər, Sabunçu, Binəqədi rayonlarından olub
Daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir
Daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir
Loading Bars
Xəbər lenti
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb
Paşinyan Baş qərargah rəisini vəziəsindən azad etdi (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər