“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə görüşlər davam edir

“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə görüşlər davam edir

Bakı. Trend:

Siyasi dialoq mühitinin ölkəmizdə dəstəklənməsi, eləcədə dialoq məfhumunun təşviqi məqsədilə Azərbaycanda fərqli layihələr davamlı olaraq reallaşmaqdadır. Görülən işlər sayəsində “siyasi dialoq” anlayışı öz aktuallığını qoruyaraq, siyasi təcrübənin ayrılmaz amilinə çevrilib.

Trend xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədə tanınmış politoloq və müvafiq sahədə ixtisaslaşmış QHT rəhbərləri ilə fevralın 19-da keçirilmiş “Siyasi dialoqun Azərbaycan modeli” adlı görüşü məhz mövcud istiqamətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan siyasətin davamı kimi dəyərləndirilməlidir.

Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər sistemini də əhatə edir. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir. Dövlətimizin başçısının “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir” – fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur. Bu cür yanaşma və nümayiş olunan siyasi iradə sayəsində “dialoq məfhumu” Azərbaycanda siyasi dəyər statusuna qədər yüksəlmiş olur.

“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə tədbirlər çərçivəsində təşkil olunmuş növbəti görüşdə tanınmış politoloq və siyasi şərhçilərlə yanaşı, ölkənin müvafiq sahədə ixtisaslaşmış qabaqcıl QHT rəhbərləri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Ədalət Vəliyev ölkə rəhbərliyi adından iştirakçıları salamlayaraq, şöbənin əsas fəaliyyət istiqamətləri və prioritetləri, Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən siyasi partiyaların canlanması və dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən siyasi dialoq məfhumunun təşviqi istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib.

Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqunun davamlı şəkildə inkişaf etdiyini qeyd edən Administrasiya rəsmisi cəmiyyətin fəal üzvlərinin, həmçinin vətəndaş cəmiyyəti institutlarının bu proseslərdə qabaqcıl mövqe tutmasının əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə obyektiv siyasi şərhlərin, həmçinin maarifləndirmə və təbliğat işlərinin aktuallığı xüsusi olaraq artır. Bu mənada mövcud potensialların səfərbər olunması və müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirələrin aparılması siyasi zərurətdir.

Öz çıxışını Prezident İlham Əliyevin “Növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır” – fikirləri ilə davam etdirən Administrasiya rəsmisi siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsinin, ilk növbədə, ölkə rəhbərliyinin dövlət quruculuğu məsələlərində demokratik prinsip və ənənələrə sadiq qalmasından xəbər verdiyini bildirib.

Dövlətin və cəmiyyətin inkişafında siyasi dialoqun rolunun təbliği və malik olduğu bütün müsbət təzahür formalarının aşılanması üçün Azərbaycanda tanınmış ictimai xadimlər tərəfindən mövzu ilə bağlı verilən şərhlərdə obyektiv mövqeyin qorunması və dövlətçilik mövqelərdən çıxış etməsinin prinsipial məsələ olduğunu qeyd edən Ədalət Vəliyev bildirib ki, Vətənə sadiqlik və milli maraqlara xidmət bütün vətəndaşlarımızın əsas həyat amilinə çevrilməlidir.

Azərbaycanda yaşanan milli birlik və həmrəylik kontekstində 44 gün davam edən Vətən müharibəsində əldə olunan Böyük Qələbəni xatırladan Administrasiya rəsmisi Prezident İlham Əliyevin bununla bağlı fikrini səsləndirib: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Bu mənada siyasi dialoqun, eyni zamanda, cəmiyyətin çeviklik və mobillik kimi əvəzolunmaz keyfiyyətlərinin inkişafı prosesinə də təsir etdiyini qeyd edən Ədalət Vəliyev vurğulayıb ki, münasibətlər sisteminin məhz bu tərəfləri Azərbaycanda ən az tədqiq və təhlil olunmuş mövzulardandır.

Daha sonra dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri olduğunu xatırladan şöbə müdiri hökumət tərəfindən mövcud istiqamətdə atılan qlobal təşəbbüslərdən danışıb. Konteksti inkişaf etdirərək Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu “Azərbaycanda siyasi dialoq mədəniyyəti yeni inkişaf mərhələsində”, Musa Qasımlı “Diskussiya mədəniyyəti: keçilən yol, mövcud vəziyyət və perspektivlər”, Hikmət Babaoğlu “İctimai siyasi münasibətlər sistemi tariximizdə yeni plüralist əməkdaşlıq mərhələsi”, Cavanşir Feyziyev “Siyasi dialoqun zərurəti: Siyasi dialoq – milli təhlükəsizliyin mühüm elementi”, həmçinin tanınmış politoloqlar Eldar Namazov “Dəyişən dünyada milli birliyin və ölkə daxili dialoqun vacibliyi”, Fariz İsmayılzadə “Milli Həmrəylik və dialoq üçün təhsil platforması”, Tofiq Abbasov “Qarşılıqlı anlaşmadan təkamülə doğru”, Rufiz Qonaqov “Siyasi dialoq - Həmrəylik və Vətən müharibəsi”, Rauf Arifoğlu “Siyasi dialoq düşmənin informasiya təxribatlarına qarşı milli dirənişin əsası kimi” və Elşad Eyvazlı “Siyasi dialoqda medianın rolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Tədbirdə yekun sözü ilə çıxış edən Administrasiya rəsmisi Prezident İlham Əliyevin “Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu istəyirik” - fikirlərini səsləndirərək bildirib ki, dialoqun təzahür formalarından biri olan əməkdaşlığın nəticəsində ölkədə aparılan islahatların maksimal effektivliyi təmin olunacaq.

Dialoq ənənələri ilə zəngin olan Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı üçün bütün amillərin mövcudluğunu qeyd edən tədbir iştirakçıları mövcud istiqamətdə əməkdaşlığa hazır olduqlarını və öz fəaliyyətlərində mövzuya xüsusi diqqətin ayıracaqlarını bildiriblər.

Azərbaycan qaz ixracını 30 faizdən çox artırıb
Azərbaycan qaz ixracını 30 faizdən çox artırıb
Zərərli proqrama yönləndirən məktub ala bilərsiniz - Kaspersky xəbərdarlıq edir
Zərərli proqrama yönləndirən məktub ala bilərsiniz - Kaspersky xəbərdarlıq edir
Məqsədimiz çox qısa müddətdə Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələrini 15 milyard dollar səviyyəsinə çatdırmaqdır - Mahmut Asmalı (VİDEO)
Məqsədimiz çox qısa müddətdə Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələrini 15 milyard dollar səviyyəsinə çatdırmaqdır - Mahmut Asmalı (VİDEO)
Loading Bars
Xəbər lenti
Bakıda şadlıq sarayının rəhbəri cəzalandırılıb
Azərbaycan qaz ixracını 30 faizdən çox artırıb
Xudafərin və ətraf ərazilər bir nəfər də itki vermədən azad edilib - Əməliyyat iştirakçıları (VİDEO)
Rusiyada koronavirusa yoluxanların sayı 8 milyonu ötüb
ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib
Zərərli proqrama yönləndirən məktub ala bilərsiniz - Kaspersky xəbərdarlıq edir
Məqsədimiz çox qısa müddətdə Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələrini 15 milyard dollar səviyyəsinə çatdırmaqdır - Mahmut Asmalı (VİDEO)
Yaxın günlərdə maaş və pensiyaların artırılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq - Nazir
Yunanıstanda Pekin Qış Olimpiya Oyunlarının məşəli yandırılıb
Balakəndə karantini pozan toy sahibi cərimələnib (FOTO/VİDEO)
Bakıda 20 nömrəli məktəb distant tədrisə keçib - RƏSMİ
Kapital Bank 2021-ci ilin üçüncü rübünün nəticələrini elan edib
Xəzər rayonunda Vətən müharibəsi şəhidi Vüsal İsmayılzadənin doğum günü qeyd edilib (FOTO)
Prezident İlham Əliyev: Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur (VİDEO)
“Azərbaycan Sənaye Korporasiyası” Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib (FOTO)
Azərbaycan rəsmi Yerevan barəsində təxirəsalınmaz tədbirlərin tətbiq olunmasına çağırıb
Azərbaycanda əmək müqaviləsi ilə çalışan Türkiyə vətəndaşlarının sayı 4 mindən çoxdur - Nazir
Sabah Bakıda yağış yağacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun! (FOTO)
Mövlud Çavuşoğlu Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycan və Türkiyənin sosial sahədə əməkdaşlıq əlaqələri genişlənəcək (FOTO)
Ermənistan tərəfindən əməli addımlar müşahidə etmirik - Nazir
Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə iştirak edib
Prezident İlham Əliyev: Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı
Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb
Oktyabrın 18-də xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb - Səttar Möhbalıyev
PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib
Ermənistanın mina xəritələrini verməməsi bərpa işlərinə xüsusi əngəl törədir - Ceyhun Bayramov
Revanşist qüvvələrə tövsiyəmiz odur ki, yanlış yolla getməsinlər - Nazir
Prezident İlham Əliyev: Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır, heç bir kredit götürmədən biz bu işləri görəcəyik
Prezident İlham Əliyev: Füzulidə kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq
Prezident İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul edib
Füzulidə işğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı salınacaq
Prezident İlham Əliyev Qətərin Baş nazirinin müavinini qəbul edib
Prezident İlham Əliyev: Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı
Prezident İlham Əliyev: Füzulinin azad olunması xəbərini çatdıranda bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik (TAM NİTQ)
Qətər şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb edilə bilər
Prezident İlham Əliyev: Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır
Azərbaycan tərəfinin mövqeyi dəyişməzdir - Ceyhun Bayramov
Prezident İlham Əliyev: Həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir
Prezident İlham Əliyev müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə xalqa müraciət edib
Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - ABŞ-da pul siyasətin dəyişməsi
Mir Şahinin vaxtı (VİDEO)
Azərbaycan və Qətər XİN başçıları mətbuat konfransı keçirib (FOTO/VİDEO)
İlk dəfədir ki, müstəqilliyimizi yenidən bərpa etdiyimiz bu günü qalib xalq kimi qeyd edirik - Deputat
Dövlət başçısının yeni sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək? - Nazirlik açıqladı
Ötən həftə 140 hektardan çox ərazi minadan təmizlənib
Azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb
Türk Şurasının baş katibi Azərbaycanı təbrik edib
Keçmiş bələdiyyə sədri rüşvətə görə həbs olunub
Xəzərin cənubunda Azərbaycan sərhədini pozmağa cəhd edən üzmə vasitələrinə atəş açılıb (FOTO)
Nazirlər Kabineti maaş və pensiyalarla bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək
Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb
Qaxda dələduzluq edən şəxs saxlanılıb
Hindistanda daşqınlardan ölənlərin sayı 26 nəfərə çatıb
Ceyhun Bayramov qətərli həmkarını qəbul edib (VİDEO)
275 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub
Türkiyədən niyə "powerbank" sifariş etmək olmur? - DGK-dən AÇIQLAMA
Xocavəndə icazəsiz daxil olan şəxslər saxlanılıb
Bakı Ali Neft Məktəbinin tələbələri NASA-nın müsabiqəsinə qatılacaq
Füzuli rayonunda iş yoldaşını öldürən şəxs saxlanılıb
Göygöldə karantini pozan obyekt sahibləri cərimələniblər
Türkiyə səfiri Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib
Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək
9 ayda baş verən yol qəzalarında 504 nəfər həlak olub - RƏSMİ
Ceyhun Bayramov Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Koronavirus pandemiyası vərəmlə mübarizəni çətinləşdirir - AÇIQLAMA
Qazaxıstanda koronavirusa daha 1 642 nəfər yoluxub
Rusiyada şagird məktəbdə odlu silahdan atəş açıb
Tayvanda 4 nəfər daşqınlar nəticəsində ölüb
Zidan "Qızıl top" üçün öz favoritini açıqladı
Blinken Qətərin XİN rəhbəri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
Afrikada koronavirusdan ölənlərin sayı 215 mini ötüb
Britaniya Türkiyə PUA-ları ilə maraqlanır
İspaniya La Liqası: "Barselona" "Valensiya"ya qalib gəldi
Azərbaycanın cüdo komandası "Böyük dəbilqə"ni 4-cü pillədə tamamlayıb
Albaniyada zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 24 403 nəfər sağalıb
Fransada aralarında ermənilərin olduğu transmilli cinayətkar şəbəkə ifşa edilib
Fransanın səfiri Minskin tələbi ilə Belarusu tərk edib
Əfqanıstanda yaşayış evinin damı çöküb, ölənlər var
“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib
Zəfər xronikası 18 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağının qaldırıldığını açıqlayıb (VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr
Almaniyada helikopter qəzaya uğrayıb
Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib
ABŞ-da universitet ərazisində atışma olub, ölən və yaralananlar var
Britaniyada koronavirusa 45 mindən çox yeni yoluxma halı qeydə alınıb
Bərdədə ağır yol qəzası baş verib: 5 nəfər yaralanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun! (FOTO)
Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib
Cüdoçularımız Avropa kuboku yarışında 2 medal qazanıblar
Gənclər Gəncə terrorunun qurbanlarını yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar (YENİLƏNİB)
Prezident İlham Əliyev: Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi
Prezident İlham Əliyev: Otuz il əziyyət içində yaşamış köçkünləri maksimum qısa müddətdə doğma torpaqlarına qaytaracağıq
Prezident İlham Əliyev: Heydər Əliyev qoymadı ki, Naxçıvanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilsin
Prezident İlham Əliyev: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir
Bütün xəbərlər