...

Xocalı dəhşətləri anbaan: Şahidlər ilk dəfə olaraq hadisə yerlərində danışır - Trend TV-nin reportajı

Siyasət Materials 26 Fevral 2021 09:22 (UTC +04:00)
İlk dəfə şahidlər faciənin baş verdiyi yerlərdən səsləndi
Xocalı dəhşətləri anbaan: Şahidlər ilk dəfə olaraq hadisə yerlərində danışır - Trend TV-nin reportajı

Ağdam. Aslan Məmmədli - Trend:

Erməni quldurları 1990-cı illərin əvvəllərindən etibarən Qarabağın yaşayış məntəqələrində, kəndlərində kütləvi soyqırımlar törətməyə başladıyıblar. Dinc əhaliyə - qoca, cavan, yaşlı, uşaq demədən divan tutulub. Hər yer talan edilib, infrastruktur dağıdılıb, kəndlər, qəsəbələr viran qoyulub. Üstündən 30 il keçdikdən sonra Xocavəndə - doğma ata yurduna gələn azərbaycanlılar həmin dəhşətli günləri anbaan xatırlayır.

Yandırılmış, məhv edilmiş, əhalisi amansızcasına öldürülmüş kəndlər, uzun illər işğalda saxlanılan və yerlə-yeksan edilmiş yurd yerləri...

Erməni vəhşiliklərinin ən dəhşətlisi isə 1992-ci ilin fevralında törədilən Xocalı faciəsidir. 20-ci əsrin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımından 29 il ötür. Bu il Xocalı faciəsini ilk dəfədir ki, həmin dəhşətlərin baş verdiyi yerlərdə - işğaldan azad edilmiş tarixi torpaqlarımızda yaddaşlarda canlandırırıq.

Xocalı şahidləri Xocalıda və ətraf rayonlarda törədilən kütləvi soyqırımları hadisə yerlərində yada salır. Olduqca dəhşətli mənzərədir. Soyqırımın törədildiyi ərazilər, insanların başıaçıq, ayaqlayın, qarlı-şaxtalı havada yaşadığı dəhşətlər, meyitlərin səpələndiyi dağlar, fəyrad səsləri ucalan meşələr, tanınmaz hala salınan meyidlərin daşındığı cığırlar, yollar... Həmin tükürpədən anları, qandonduran erməni vəhşiliklərini bu dəfə Xocalı şahidləri o yerləri qarış-qarış gəzərək xatırlayır.

Ağdam məscidi. Xocalıdan, ətraf kənd və qəsəbələrdən gətirilən meyitlər burada tanınır, yuyulub kəfənlənir və yaxınlarına təhvil verilirdi. Bu hadisələrin canlı şahidi olan Xocalı sakinləri o günləri belə yadda saxlayıb.

Trend TV-nin Qarabağ bürosunun erməni terroru, vandalizmi və Xocalı soyqırımı haqqında şahidlərin iştirakı ilə hazırladığı videoreportajı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti