YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü

YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü

Bakı. Trend:

(YAP İdarə Heyətinin üzvü, millət vəkili Tahir Mirkişilinin Real TV-yə müsahibəsindən)

Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiya daşıyıb. 29 il öncə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır. Müxalifət partiyası kimi o zaman da partiyanın Azərbaycanın xilas olması ilə bağlı cəsarətli təşəbbüslərlə çıxış etməsi və dövlətçilik ideyalarını rəhbər tutması tarixi bir zərurət idi. Ona görə də Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış bir partiyadır. Partiyanın yaranması, inkişafı və güclənməsi Ulu öndər Heydər Əliyevin ideyaları, onun nüfuzu, uzaqgörənliyi və onun dövlətçiliklə bağlı zəngin təcrübəsi və məsləhətləri əsasında baş vermişdir. Ötən dövr ərzində Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına və eyni zamanda Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir. Son 17 ildə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar əldə etmişdir. Bu uğurlar həm iqtisadiyyat, həm sosial sahədə, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində əldə edilmişdir. Eyni zamanda bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birlik və bu birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.

Azərbaycanda indiyə qədər olmayan bir birlik əldə olunmuşdur

Umumiyyətlə Yeni Azərbaycan Partiyasının rəhbəri kimi cənab İlham Əliyevin fəaliyyəti zamanı, yəni son 17 ildə Azərbaycanda 4 mühüm nəticəyə nail olunmuşdur. Bunlardan birincisi ondan ibarətdir ki, Azərbaycanda dayanıqlı əsaslara söykənən bir birlik yaranmışdır. Bu birlik həm xalq-iqtidar birliyidir, bu birlik eyni zamanda müxtəlif millətlərin və dinlərin birliyidir. Yəni, Azərbaycanda bu gün hər bir xalqın nümayəndəsi kifayət qədər rahat yaşayır, öz dilində danışa bilir, öz dininə sitayiş edir və yaxud hər hansı bir siyasi partiyanın nümayəndəsi öz fikirlərini azad şəkildə ifadə edə bilir. Azərbaycanda belə bir birliyin əldə olunması çox ciddi bir uğurdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin bir nümunəsidir. Bu həm də Yeni Azərbaycan Partiyasının nüfuzunun artmasının, xalqın maraqlarına xidmət etməsinin, iqtidara qarşı olan müsbət ictimai fikrin və ən ümdəsi, partiyanın sədri cənab İlham Əliyevə və sədrin 1-ci müavini Mehriban xanım Əliyevaya olan ümumuxalq məhəbbətin daha da artmasının göstəricisidir.

İkinci mühüm nəticə iqtisadiyyatda əldə edilmiş uğurlarla bağlıdır. Son 17 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artmışdır. Bu gün Cənubi Qafqazın iqtisadiyyatının 75 faizi bizə aiddir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. Bu gün Azərbaycan iqtisadi baxımdan regionda ən müstəqil bir ölkədir. Azərbaycanın iqtisadi, maliyyə resursları ölkəmizin müstəqilliyini təmin edəcək qədər güclüdür, yetərlidir və bundan sonra da Azərbaycanın müstəqilliyini n, qüdrətinin güclənmsəini təmin edəcəkdir.

Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzlu bir ölkəyə çevrilib

Üçüncü nəticə Azərbaycanın beynəlxalq nüfuzu ilə bağlı əldə edilmiş nəticədir. Ölkəmiz müstəqillik əldə etdiyi illərdə hər birimizin arzusu Azərbaycanın daha çox tanınması, xarici ölkələrdə Azərbaycanın milli, mənəvi dəyərlərinin bilinməsi, məşhur şerdə deyildiyi kimi "İmzalarımızın imzalar arasında olması" idi. Hər zaman Azərbaycan deyəndə onun tanınması, adət ənənələrimizin bilinməsini biz çox arzulayırdıq. Biz artıq bu arzulara çatmışıq. Bu gün dünyada Azərbaycan deyəndə kifayət qədər nüfuzlu, öz milli dəyərləri olan, qurub – yaradan, güclü və müstəqil bir ölkə kimi qəbul olunur.

Azərbaycan bu gün Qoşulmama Hərəkatının sədridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən ölkələrdən biri olub, bütövlükdə bu gün Avropa Şurasında, ATƏT-də, Avropa İttifaqında müstəqil və yaradıcı mövqeyi olan çox az saylı ölkələrdən biridir.

Dördüncü nəticə isə uzun illərdir ki, Azərbaycan xalqının vahid bir amalı uğrunda apardığımız Vətən müharibəsindən tam qalib çixmağımızdır. İşğal olunmuş torpaqlarımızın Müzzəfər Ali Baş Komandanım İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından olunması, milli qürurumuzun dirçəlməsi, xalqın başının ucaldılması ilə nəticələndi.

Bu gün Azərbaycan yeni reallıqlar yaradan bir ölkə kimi tanınır

2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu buna nail oldu. Düşmənə ağır zərbə vuruldu. Möhtəşəm qələbə əldə olundu. Bu gün Azərbaycan 21-ci əsrdə dünyada yeni reallıqlar yaradan bir xalq kimi, qalib bir xalq kimi, regionda daha çox hesablaşılan bir ölkə kimi qəbul olunur.

Qeyd etdiyim bu 4 istiqamətdə əldə etdiyimiz mühüm nəticələr həm də Yeni Azərbaycan Partiyasının rəhbəri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin və eyni zamanda bu amallara xidmət edən hər bir azərbaycanlının əməyinin nəticəsidir.

Biz artıq yeni bir reallıqlar dövrünə daxil olmuşuq. Biz reallıqları biz öz gücümüzlə yaratdıq. Ona görə də yeni dövrün də əsas söz sahibi Azərbaycandır.

Xalq və dövlət olaraq artıq bizi düşündürən əsas məsələlər bunlardan ibarətdir: bundan sonra bizi hansı çağırışlar gözləyir, bizim keçmişdə hansı səhvlərimiz olub, bu səhvlərin bir daha təkrar olunmaması üçün hansı addımlar atmalıyıq, dövlətimizin daha da güclənməsi üçün hansı istiqamətdə daha çox inkişaf etməliyik, xaricdən gələn təhülkələrə necə cavab verməliyik və s məsələlərdir. Partiyanın Vİİ qurultayında cənab Prezident bütün bu istiqamətlərdə kifayət qədər açıq və geniş bir nitq söylədi, gələcək iş istiqamətlərini göstərdi.

Yeni Azərbaycan Partiyası bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək

Bu çıxışdan sonra eyni zamanda partiyanın növbəti üç ay ərzində proqramının hazırlanması və bu məsələlərin proqramda öz əksini tapması Prezident tərəfindən qarşıya bir tapşırıq kimi qoyuldu. Bu tapşırıq partiyanın idarə heyəti qarşısında qoyuldu. Biz əminik ki, partiyanın yeni seçilən İdarə heyəti partiya resurslarının daha da artmasına, qarşıya qoyulan hədəflərə nail olmaq üçün partiyada dinamizmin, funksionnalığın daha da yüksəlməsinə çalışacaq.

Yeni Azərbaycan Partiyasının rəhbərliyi dünyada baş verən ən son yeniliklər haqqında düşünür, oları təhlil edir və buradan gələn çağırışlara cavab vermək üçün partiyanın yenilənməsi və onun qarşısında duran məqsədlərə çatmaq naminə yeni resursların tapılması istiqamətində fəaliyyətlə məşğuldur.

Bu kifayət qədər təqdirəlayiq haldır. Dövlət başçısı demişkən, biz böyük tarixi uğurlar əldə etmişik və eyni zamanda bundan sonra hansı uğurlar əldə edəcəyimizlə bağlı düşünməliyik. Təbii ki, burada bizim ən böyük rəqibimiz zamandır. Çünki zaman sürətlə axır, dövr sürətlə dəyişir. Belə bir zamanda ölkəmiz qarşısında da çox mühüm çağırışlar vardır. Tarix göstərir ki, indiki dövrdə zamanla ayaqlaşmasaq biz gələcəkdə bir çox məsələlərdə geridə qala bilərik. Aparıcı partiya kimi bu barədə düşünmək bizim vəzifə borcumuzdur, bu eyni zamanda bu bir missiyadır. Cənab Prezidentin verdiyi tapşırıqların bir çoxu həm də bu missiya ilə bağlıdır.

Bəşəriyyətin qədəm qoyduğu 4-cü sənaye inqilabı bütövlükdə insan münasibətlərini dəyişir. Təkcə partiyaların yox, insanlar arasısında geniş ünsiyyətin qurulmasının tarixinə baxsanız, görərsiniz ki, kollektiv iştirak - dəyərləri paylaşmaq, informasiyanın daha çox insanlar arasında yayılmasını təmin edən alət internetdir. Bu cəhətdən baxsaq belə bir fikir var ki, bu gün siyasi partiyaların ən böyük rəqibi əslində siyasi səhnənin yeni aktorlardır. Bu aktorlar internet platformaları-bloqqerlik fəaliyyəti, insanların öz fikirlərini çox qısa bir müddətdə milyonlara yaymaq bacarığıdır ki, bu tamamilə yeni bir reallıqdır. Bu gün nəinki Azərbaycanda, bütün dünyada siyasi partiyalar qarşısında bu çağırış durur. Birincisi, biz bu reallığı daha çox araşdırmalı, qəbul etməli, onun üstün və mənfi cəhətlərini bilməliyik, bu aləti öz işimizdə daha çox istifadə etməyi bacarmalıyıq. Digər tərəfdən isə insanların hansı informasiyaları düzgün, hansı informasiyaları yalan olduğunu seçmək qabiliyyətini artırmalıyıq. Bu eyni zamanda dövlətin qarşısında duran çox mühüm bir vəzifədir.

Partiyada verilmiş qərarlar eyni zamanda partiyada olan siyasi ardıcıllığın bariz bir nümunəsidir. Yeni Azərbaycan Partiyasında yeni Veteranlar Şurası yarandı. Onların təcrübəsindən istifadə etmək, eyni zamanda yeni gənc qüvvələr vasitəsi ilə bu təcrübənin yeni metodlarla və dəyərlərlə yayılmasının təmin etmək olduqca vacibdir. Bu gün ideyaların, dəyərlərin yayılmasında ən yeni metod olan rəqəmsal vasitələri daha çox qavramaq, bundan daha çox istifadə etmək, eyni zamanda ən önəmli məsələlərdən biri yeni məzmun və yeni gündəliyin yaradılması qarşımızda duran əsas çağırışlardandır. Bu gün YAP qeyd etdiyimiz məsələlərə nail olmaqla Azərbaycanda daim müasir texnologiyalardan istifadə edə bilən, eyni zamanda bu texnologiyalar vasitəsi ilə yeni gündəlik yarada bilən, yeni ideyalar və dəyərlər yayan bir partiya olmağı qarşısına hədəf qoyub.

Bu eyni zamanda partiyanın ənənəvi funksiyalarından bəhrələnmək və yeni çağrışlara cavab verməklə, siyasi səhnədə gənc və orta nəsildən olan şəxslərin siyasi cəhətdən daha da püxtələşməsi, onların yüksək davranış nümayiş etdirməsi kimi bir vəzifəni qarşıya qoymaqdır ki, bu da indiki dövrdə çox mütərəqqi bir vəzifədir.

Əminəm ki, biz YAP olaraq partiyanın sədri tərəfindən müəyyən edilən hədəflərə çatmaqla Ulu öndər Heydər Əliyevin “Gələcəyin Partiyası olmaq” missiyasını əzmlə davam etdiricəyik.

Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Loading Bars
Xəbər lenti
Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər
Türkiyədə son sutkada koronavirusdan 43 856 nəfər sağalıb
Heydər Əliyev prospektində qəza olub (FOTO)
Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər
Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb
İraqda hərbi baza raket hücumuna məruz qalıb
Cüdoçularımız Avropa çempionatını iki bürünc medalla başa vurublar
Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub
İki paraatletimiz İtaliyada qızıl medal qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb
Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb
Futbol üzrə İtaliya çempionatı: "Atalanta" "Yuventus"a qalib gəldi
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qarabağa aid sənədli film istehsal olunub (FOTO)
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bütün xəbərlər