...

Azərbaycanda Novruz ərəfəsində əfv ola bilər

Siyasət Materials 11 Mart 2021 11:29 (UTC +04:00)
Azərbaycanda Novruz ərəfəsində əfv ola bilər

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Trend-in məlumatına görə, Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 8 iclası keçirilib və daxil olan müraciətlərin 850-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə, o cümlədən məişət zorakılığı və digər zəmində cinayətlərlə bağlı müraciətlərə baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti