...

Ağdamı demək olar ki, yenidən qurmaq lazımdır - Almaniyalı tarixçi (VİDEO)

Siyasət Materials 13 Aprel 2021 17:58 (UTC +04:00)
Ağdamı demək olar ki, yenidən qurmaq lazımdır - Almaniyalı tarixçi (VİDEO)

Bakı. Ceyla Əliyeva, Fidan Babayeva - Trend:

Ağdamı demək olar yenidən qurmaq lazımdır ki, insanlar tezliklə öz vətənlərinə geri dönsünlər.

Bunu Trend-ə Berlin Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva Mariya Aux deyib.

O bildirib ki, gördükləri onları şoka salıb: "Həmin ərazilərdə hər şey tamamilə dağıdılıb və mənə tarixçi olaraq Ağdamın mədəni irsindən qalanları görmək maraqlı idi".

Tarixçi qeyd edib ki, orada məscidin qalıqlarından başqa hər şey yerlə bir edilib, bərpa zamanı Ağdamı demək olar yenidən qurmaq lazım olacaq: "Bu gün Prezident İlham Əliyevlə görüş bizə hökumətin bu torpaqlarda planları və layihələri barədə öyrənmək imkanı verdi. O, beynəlxalq təşkilatları da bərpa prosesində iştiraka dəvət edib".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti