...

AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat

Siyasət Materials 13 May 2021 12:16 (UTC +04:00)
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana sayca 15-ci tarixi səfərinin Ulu öndər Heydər Əliyevin doğum gününə təsadüf etməsi rəmzi məna daşıyır. Çünki müstəqiliyimizi yenicə əldə etdiyimiz zamanlar ölkədə xəyanətkarlıq missiyası yerinə yetirən AXC-Müsavat cütlüyünün, satqınların Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz ulu öndər Heydər Əliyev aldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, həmin dövrlərdə AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi erməni vandalları tərəfindən işğala məruz qaldı:

“AXC-Müsavat cütlüyünün növbəti xəyanəti ulu öndər Heydər Əliyevə qarşı idi. Onlar bütün güclərini səfərbər etmişdilər ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün. Bunun üçün AXC-Müsavat cütlüyü hətta Naxçıvanı da ermənilərə təslim etməyə hazır idi.

Amma o zaman baxmayaraq ki, Naxçıvan çox mürəkkəb bir dövrdə ermənilər tərəfindən blokadaya alınmışdı, məhz ulu öndərin qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi, yüksək idarəçilik qabiliyyəti, naxçıvanlıların fədakarlığı nəticəsində Naxçıvanı qorumağı bacardı və beləliklə də AXC-Müsavat cütlüyünün və onlarla birgə ermənilərin planlarını alt-üst etdi.

Eyni zamanda, sonrakı mərhələdə ulu öndər Heydər Əliyevin Bakıya gələrək ölkəmizə rəhbərlik etdiyi dövrdə də o mürəkkəb vəziyyətdə ölkəmizi parçalanmaqdan, vətəndaş qarşıdurmasından xilas etdi və Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını aldı, beləliklə də ölkəmizi xəyanətdən qorudu. 44 günlük Vətən müharibəsində qələbəmiz heç şübhəsiz Heydər Əliyevin 90-cı illərin əvvəllərinə Naxçıvana rəhbərlik etdiyi dövrdə Naxçıvanı qorumaqla başladı”.

C.Osmanov vurğulayıb ki, 90-cı illərin AXC-Müsavat cütlüyünün tör-tökünüləri bu gün də antimilli şura və AXCP ətrafında birləşərək yenə də öz xəyanətlərini davam etdirirlər: “Onlar erməni lobbisindən aldıqları göstərişlər əsasında Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyası aparırlar, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı və tarixi qələbəsinə kölgə salmağa çalışırlar. Lakin Azərbaycan xalqı bu satqınların ölkəmizə qarşı etdikləri xəyanəti unutmayıb və onları çoxdan tarixin zibilliyinə atıb”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti