...

Yerevanın mina xəritələrini verməsi üçün KTMT-nin potensialından istifadə edilməlidir - Rusiyalı ekspert

Siyasət Materials 7 İyun 2021 09:04 (UTC +04:00)
Yerevanın mina xəritələrini verməsi üçün KTMT-nin potensialından istifadə edilməlidir - Rusiyalı ekspert

Bakı. Cani Babayeva - Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) potensialından mümkün qədər çox istifadə etmək lazımdır, Yerevan məhz bu təşkilata minalanmış ərazilərin xəritələri təqdim edəcək.

Bunu Trend-ə rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredixin deyib.

Mütəxəssis qeyd edib ki, bu gün Qarabağ bütün Cənubi Qafqaz üçün münasibətlərin yenidən formatlanma nöqtəsidir.

Onun sözlərinə görə, orada sülh olacaqsa, bütün bölgədə sülh olacaq, yenidən gərginlik başlayacaqsa, genişmiqyaslı müharibə başlayacaq.

A.Bredixin insanların dinc həyata qayıtmalı olduğunu və bunun üçün yalnız Bakı deyil, Yerevanın da maksimum səy göstərməsini vurğulayır.

Lakin onun sözlərinə görə, azad edilmiş ərazilərdə mina təhlükəsi davam etdikcə, qaçqınlar öz evlərinə dönə bilməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti