...

Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində sərhəddə atəşkəsin pozulması xəbərini təkzib edib

Siyasət Materials 6 İyun 2021 00:32 (UTC +04:00)
Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində sərhəddə atəşkəsin pozulması xəbərini təkzib edib

Bakı. Samir Əli - Trend:

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.

Trend-in məlumatıan görə, Nazirliyin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Trend-ə bildirib ki, hazırda sərhəddə vəziyyət sakitdir: " Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır".

Xəbər lenti

Xəbər lenti