Bakı. Orxan Nəbiyev - Trend:
İyunun 20-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra insanların küçəyə çıxması və toqquşmalar istisna olunmur.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin sabiq prezidenti Robert Koçaryan deyib.
O bildirib ki, seçki komissiyası öz işini dəqiq yerinə yetirsə, hər hansı bir ciddi fəsadlardan qaçmaq mümkün olacaq:
"Əlbəttə, toqquşmalar hadisələrin inkişafının xoşagəlməz variantı olsa da, bunu tamamilə istisna etmək olmaz".