...

Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir - Ermənistanın sabiq prezidenti

Siyasət Materials 16 İyun 2021 10:52 (UTC +04:00)
Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir - Ermənistanın sabiq prezidenti

Bakı. Orxan Nəbiyev - Trend:

Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir və bu məsələdə bizim müttəfiqimiz yoxdur.

Trend-in məlumatına görə, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

O qeyd edib ki, Ermənistan bu məsələdə həlledici səsə malik deyil.

O, həmçinin Robert Koçaryanın Şuşa və Hadrutu qaytarmağın mümkünlüyü barədə fikirlərini şərh edib:

"Bu, yeni problemlərə gətirib çıxara bilər. Koçaryan yeni müharibə vəd edir. Bütün dünya Qarabağı Azərbaycanın hissəsi kimi qəbul edir. Dünyanın qəbul etdiyi qayda budur".

Xəbər lenti

Xəbər lenti