...

Avropa komissarı Oliver Varheli Azərbaycana səfər edib

Siyasət Materials 7 İyul 2021 20:52 (UTC +04:00)
Avropa komissarı Oliver Varheli Azərbaycana səfər edib

Bakı. Trend:

Avropa Genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheli Azərbaycana gəlib.

Diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, O.Varxeli 6-9 iyul tarixlərində Cənubi Qafqaza rəsmi səfəri çərçivəsində Azərbaycana səfər edib. Aİ-nin Komissarı Azərbaycana gəlməzdən əvvəl Gürcüstana səfərdə olub.

Səfərini barədə bildirən doplomat, məqsədinin "Şərq tərəfdaşlığı" regionu üçün iqtisadi və investisiya planları və təşəbbüslər təqdim olduğunu deyib.

Bundan başqa, ikitərəfli münasibətlərin əsas məsələləri və COVID-19 pandemiyası ilə mübarizə müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti