Bakı. Zeyni Cəfərov - Trend:
Yeni mediaplatformanın yaradılması və açılması informasiyanın obyektiv işıqlandırılması üçün vacibdir.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Trend və TASS agentliklərinin birgə layihəsi olan "Eastweststream.com" media-platformasının təqdimatında çıxışı zamanı deyib.
O bildirib ki, hazırda düzgün, obyektiv və doğru informasiyanın işıqlandırılmasına tələbat var:
"İnformasiya təkcə insanların məlumatlandırılması üçün deyil, həm də siyasi qərarların qəbul edilməsi və dövlətlər arasında münasibətlərin qurulması üçün vacibdir".
Səfir bu platformada işləyəcək jurnalistlərə də uğurlar arzulayıb.
(Tərcümə: Orxan Nəbiyev)