...

“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya” ilə əlaqədar Komissiyanın iclası keçirilib (FOTO)

Siyasət Materials 5 Avqust 2021 17:48 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya” ilə əlaqədar Komissiyanın iclası keçirilib (FOTO)

Bakı. Trend:

2021-ci il avqustun 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, iclasda “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli 2796 nömrəli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş Komissiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının müvafiq Konvensiyanın müddəalarının yerinə yetirilməsinə dair gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Komissiyanın iclasında prioritet istiqamətlər üzrə təkliflərin hazırlanması ilə əlaqədar tapşırıqlar verilib, həmçinin Ermənistan tərəfindən işğal edilmiş və hazırda işğaldan azad edilən ərazilərdə dağıdılmış mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların məlumatlandırılması istiqamətində aparılan işlərin zəruriliyini Komissiya üzvlərinin diqqətinə çatdırılıb.

İclasda irəli sürülmüş təkliflərə dair Komissiya üzvləri tərəfindən müzakirələr aparılmış və iclasın yekunu olaraq Komissiyanın fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrindən və sahə üzrə ekspertlərdən ibarət İşçi Qrupun yaradılması, həmçinin müvafiq Tədbirlər Planının hazırlanması istiqamətində tədbirlər görülməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti