...

Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib

Siyasət Materials 3 Sentyabr 2021 16:16 (UTC +04:00)
Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, ötən iclasda 125 dairə seçki komissiyası formalaşdırılıb və artıq həmin komissiyalar fəaliyyətə başlayıb.

MSK sədri qeyd edib ki, növbəti addım məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır: “Məntəqə seçki komissiyaları formalaşdırılarkən nəzərə alınmalıdır ki, MSK tərəfindən buraxılmış seçki məntəqələrində komissiya üzvləri heç bir seçki komissiyasında üzv kimi iştirak edə bilməzlər.

Seçki məntəqələri yenidən formalaşdırılır. Buraxılmış məntəqələrin komissiya üzvləri hazırda heç bir səlahiyyətə malik deyillər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti