...

Azərbaycan hərbi qulluqçuları sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə məlumatlar yalandır - MN

Siyasət Materials 5 Sentyabr 2021 16:02 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat veriblər.

Nazirlik qeyd edib: "Bir daha bildiririk ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti