...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyəti Ağdamda İmarət kompleksini ziyarət edib (FOTO)

Siyasət Materials 11 Sentyabr 2021 14:08 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyəti Ağdamda İmarət kompleksini ziyarət edib (FOTO)

Ağdam. Trend:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyətinin Ağdama səfəri davam edir.

Trend-in Qarabağ bürosunun məlumatına görə, səfər iştirakçıları ilk olaraq, Pənahəli xanın İmarət kompleksini ziyarət ediblər. Qonaqları Azərbaycan Respublikası Prezidentinin İşğaldan azad olunmuş Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Nümayəndə heyəti erməni vandallığına məruz qalmış İmarət kompleksi, dağıdılmış türbələr və məzarlara baxış keçiriblər. Bu abidələr haqqında onlara ətraflı məlumat verilib.

Daha sonra Emin Hüseynov səfər iştirakçılarını Ağdam şəhərinin baş planı ilə tanış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti