...

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib

Siyasət Materials 16 Sentyabr 2021 11:39 (UTC +04:00)
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, başsağlığında deyilir: "Cənubi Vəziristan əyalətinin Asman Manza bölgəsində kəşfiyyat əsaslı antiterror əməliyyatı zamanı qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti