...

Ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib - Ədalət Vəliyev

Siyasət Materials 21 Sentyabr 2021 14:29 (UTC +04:00)
Ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib - Ədalət Vəliyev

Bakı. Trend:

Dövlətimizin başçısı Prezident İlham Əliyevin tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atılır.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) şöbə müdiri Ədalət Vəliyev Milli Məclisdə postmüharibə dövründə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın prioritetlərinin müzakirəsi zamanı deyib.

Ədalət Vəliyev Prezident İlham Əliyevin apardığı sistemli və çoxşaxəli inzibati-siyasi islahatların nəticələrindən danışaraq ölkədə iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini deyib. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atılır.

Fərdi görüşlərlə yanaşı, siyasi partiyaların mütləq əksəriyyətinin iştirakı ilə müxtəlif mövzularda çoxtərəfli görüşlər də təşkil edildiyini vurğulayan şöbə müdiri bu qəbildən olan sonuncu – 9 sentyabr tarixli 45 siyasi partiyanın iştirakı ilə keçirilmiş görüşdə aparılan müzakirələrdə çıxış edənlərin dövlətimizin başçısının ölkədə formalaşdırdığı yeni siyasi konfiqurasiyanın davamlı sabitliyin qorunması və dövlətin inkişafı naminə bütün imkanların səfərbər olunmasında əhəmiyyətini, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə olunmuş Zəfərin Azərbaycan tarixində ən əlamətdar hadisə kimi yerini xüsusi qeyd etdiklərini, işğaldan azad olunmuş ərazilərə dövlət başçısının səfərləri, bu şəhər və kəndlərdə yüksək sürətlə həyata keçirilən bərpa-quruculuq işləri, yolların salınması, elektrik stansiyalarının, aeroportların tikilməsi, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri kimi mədəni tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin bildirilib ki, siyasi partiyalar xarici siyasət sahəsində atılmış addımlar, Şuşa Bəyannaməsinin imzalanması, eləcə də Qərbi Zəngəzurla bağlı Azərbaycan Respublikası Prezidentinin mövqeyini təqdir edir və dəstəkləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti