...

Hər bir ölkənin gücünü müəyyən edən əsas amil milli həmrəylikdir - Tahir Budaqov (FOTO)

Siyasət Materials 21 Oktyabr 2021 11:10 (UTC +04:00)
Hər bir ölkənin gücünü müəyyən edən əsas amil milli həmrəylikdir - Tahir Budaqov (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Hər bir ölkənin gücünü müəyyən edən əsas amil milli həmrəylikdir.

Trend-in məlumatına görə, bunu YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada deyib.

T.Budaqov bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda milli həmrəyliyi daha da möhkəmləndirməklə davamlı inkişafa nail ola bilib:

"Milli həmrəyliyin möhkəmlənməsi Azərbaycanın beynəlxalq platformada adının yüksəlməsinə və mövqeyinin möhkəmlənməsinə gətirib çıxarıb. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə isə milli həmrəyliyin müstəsna rolu var”.

T.Budaqov vurğulayıb ki, müasir dövrdə hər bir ölkəni güclü edən faktorlardan biri milli həmrəylikdir.

O qeyd edib ki, müharibə dövründə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti Ali Baş Komandanın siyasətinə dəstək göstərdilər: “Prezident-xalq-ordu birliyinin nəticələri təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, yeni reallıqların yaranmasına səbəb olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti