...

Qarabağın inkişaf strategiyası hazırlanır - Rəhman Hacıyev

Siyasət Materials 3 Dekabr 2021 15:36 (UTC +04:00)
Qarabağın inkişaf strategiyası hazırlanır - Rəhman Hacıyev

Bakı. Sədrəddin Ağcayev -Trend:

Hazırda Qarabağın inkişaf strategiyasının hazırlanması üzrə işlər aparılır.

Trend-in məlumatına görə, bunu bu gün Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev UNEC İqtisadi forumunun panel müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, strategiyanın layihəsi yaxın zamanlardan ictimaiyyətə təqdim olunacaq.

"Bütün prioritetlər, həmçinin Böyük qayıdış dayanıqlılıq prinsiplərinə əsaslanacaq. Bu prioritetlərə insan kapitalı və dayanıqlı mühit daxildir", - deyə R.Hacıyev bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti