...

YAP üzvlərinin sayı açıqlanıb

Siyasət Materials 11 Dekabr 2021 10:38 (UTC +04:00)
YAP üzvlərinin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzvlər qəbul olunur. Hazırda YAP üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir və artıq bu sahədə bir sıra işlər görülüb.

Trend-in məlumatına görə, bunu YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

T.Budaqov bildirib ki, YAP-a üzv olmaq istəyənlərin arasında gənclər çoxluq təşkil edir:

“Partiyanın üzvlüyündən çıxarılanlar var, lakin bu çox məhdud saydadır. Vəfat edənlər də olur. Müxtəlif səbəblərdən partiya uçotunda müvafiq dəqiqləşdirilmələr aparılır. Son statistikaya əsasən, YAP-ın 800 minə yaxın üzvü var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti