...

Zəngəzur dəlizinin açılması Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinə səbəb olacaq - Tahir Budaqov

Siyasət Materials 21 Dekabr 2021 10:15 (UTC +04:00)
Zəngəzur dəlizinin açılması Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinə səbəb olacaq - Tahir Budaqov

Bakı. Elçin Mehdiyev – Trend:

Ölkəmizin inkişaf edərək dünyada söz sahibinə çevrilməsi xalqın milli maraqlarına əsaslanan siyasətin həyata keçirilməsi sayəsində mümkün olub.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

T.Budaqov bildirib ki, bu gün Azərbaycanın davamlı və inamlı inkişafı Heydər Əliyev siyasətini yeni müstəvidə davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlıdır.

O qeyd edib ki, ölkəmiz nümunəvi iqtisadi inkişaf modeli ilə dünyanın diqqətini cəlb edib. T.Budaqov bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirir və ölkəmizin gələcəyinə pozitiv rəy və nikbin proqnoz verirlər.

"Azərbaycanın müstəqilliyini möhkəmləndirən amillərdən biri də yeni iqtisadi modelin yaranmasıdır. Mərkəzində xalqın rifahının dayandığı nümunəvi sosial siyasətin həyata keçirilməsi əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir", - YAP-ın sədr müavini deyib .

T.Budaqov əlavə edib ki, Azərbaycanın təşəbbüsü ilə mühüm iqtisadi layihələrin həyata keçirilməsi, yol nəqliyyat infrastrukturunun yaradılması ölkəmizə böyük siyasi və iqtisadi dividendlər gətirir.

T.Budaqov qeyd edib ki, Azərbaycanın müstəqillik illərində ən böyük uğuru Azərbaycanın tarixi torpaqlarının azad edilməsidir. Bu, qələbə dastanıdır və Prezident İlham Əliyevin siyasətinin uğurudur.

Partiya sədrinin müavini bildirib ki, bu nailiyyətlər Azərbaycanın qlobal mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

T.Budaqov vurğulayıb ki, Zəngəzur dəlizinin açılması Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinə səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti