...

KTMT dövlət başçılarının Qazaxıstandakı vəziyyət ilə bağlı onlayn görüşünün vaxtı məlum olub

Siyasət Materials 9 Yanvar 2022 13:10 (UTC +04:00)
KTMT dövlət başçılarının Qazaxıstandakı vəziyyət ilə bağlı onlayn görüşünün vaxtı məlum olub

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Qazaxıstandakı vəziyyəti müzakirə etmək üçün onlayn konfransı ilkin olaraq yanvarın 10-na planlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri, KTMT-nin fəaliyyətdə olan sədri Nikol Paşinyanın mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, KTMT dövlət başçılarının onlayn konfransı ilkin olaraq bazar ertəsinə təyin edilib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti