...

İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər - Ərdoğan

Siyasət 19 Yanvar 2022 00:26 (UTC +04:00)
İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər - Ərdoğan

Bakı. Trend:

İsrail prezidenti İsaak Hersoq Türkiyəyə səfərə gələ bilər. Baş nazir Bennet tərəfindən də müsbət münasibət var.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti Aleksandr Vuçiçlə birgə mətbuat konfransında deyib.

İsraillə münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, Türkiyə ilə İsrail arasında Aralıq dənizində mümkün əməkdaşlıq müsbət yanaşmaya və qarşılıqlı faydaya əsaslanmalıdır.

"Məqsəd müsbət yanaşma ilə irəliləyişə nail olmaqdır. Əgər bu əməkdaşlıq qarşılıqlı fayda prinsipinə əsaslanarsa, Türkiyə bu istiqamətdə bütün lazımi səyləri göstərəcək", deyə R.T. Ərdoğan vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti