...

Prezident İlham Əliyev Azərbaycanda vəziyyətin Avropa Şurasının yüksək standartlarına cavab verməsi üçün hər şeyi edir - Leonid Slutski

Siyasət Materials 30 Yanvar 2022 00:07 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanda vəziyyətin Avropa Şurasının yüksək standartlarına cavab verməsi üçün hər şeyi edir - Leonid Slutski

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə vəziyyətin Avropa Şurasının yüksək standartlarına cavab verməsi üçün hər şeyi edir.

Trend xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski deyib.

O, çıxışında danimarkalı Maykl Jensenin “Monitorinq prosedurunun təkamülü” adlı məruzəsi üzrə qətnamə layihəsini tənqid edərək, digər məsələlərlə yanaşı, Azərbaycana qarşı açıq-aşkar birtərəfli yanaşmanı qeyd edib.

"Memorandumun “Qarabağ münaqişəsi” başlıqlı 2.6-cı bəndində son dərəcə ziddiyyətli və bugünkü reallığı əks etdirməyən məlumatlar yer alıb. Bu da sənəd müəllifinin Avropa Şurası üçün belə vacib məsələyə açıq-aşkar birtərəfli yanaşmasına dəlalət edir”, - deyə Slutski bildirib. Eyni zamanda, qətnamədə həll edilmiş Qarabağ münaqişəsi ilə bağlı 3№-li bənd var. Bu da 10 noyabrda hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasından sonra regionda ortaya çıxan yeni reallıqları əks etdirmir. Mən fəxr edirəm ki, Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həllində çox ciddi iştirak edib. Keçmiş həmkarımız, Azərbaycan nümayəndə heyətinin keçmiş rəhbəri, indi isə dövlət başçısı cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə bir daha təbrik etmək istəyirəm. O, ölkədəki vəziyyətin Avropa Şurasının yüksək standartlarına uyğun olması üçün hər şeyi edir. Qətnamədəki bu qeyri-dəqiqliklərə diqqətlə baxmağı və onların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul etməyi təklif edirəm", - deyə Slutski vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti