Bakı. Elçin Mehdiyev – Trend:
Moldova hər zaman Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını dstəkləyib və bu gün bu mövqeyində dayanır.
Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, iki ölkə arasında səmərəli əməkdaşlıq mövcuddur.
“Bugünkü görüşdə çox səmərəli müzakirələr aparıldı, əlaqələrimizin inkişaf perspektivləri müzakirə olundu. Hesab edirik ki, siyasi əlaqələrin inkişafı iqtisadi əlaqələrin də inkişafına şərait yaradır. Əlbəttə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi vacib əhəmiyyət kəsb edir”, - deyə nazir bildirib.