Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan və ABŞ təhlükəsizlik sahəsində möhkəm əməkdaşlıq qurub.
Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib.
"Biz təhlükəsizlik sahəsində möhkəm və etibarlı əməkdaşlıq qurmuşuq. Bu, Azərbycanın Əfqanıstanda terrorçuluqla beynəlxalq mübarizədə iştirakı ilə başladı. Azərbaycan bizi Əfqanıstanda sonadək dəstəklədi. Azərbaycanla Türkiyə Həmid Karzay beynəlxalq hava limanının təhlükəsizliyini təmin edirdi. Mən Azərbaycanın bu koalisiyada oynadığı rolu və bu məsələdə əməkdaşlığını davam etdirməsini yüksək qiymətləndirirəm. Biz, həmçinin Azərbaycanla onun sərhədlərinin, cənubda quru sərhədlərinin, şərqdə dəniz sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında sıx əməkdaşlıq edirik. Xəzər dənizi tərəfdən biz vacib enerji infrastrukturunun, neft və qaz quyularının müdafiəsində kömək göstəririk", - deyə səfir bildirib.
(Tərcümə: Ləman Zeynalova)