...

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması regionda kommunikasiyaların açılmasına kömək edə bilər - ABŞ səfiri

Siyasət Materials 16 Fevral 2022 15:06 (UTC +04:00)
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması regionda kommunikasiyaların açılmasına kömək edə bilər - ABŞ səfiri

Bakı. Trend:

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması regionda kommunikasiyaların açılmasına kömək edə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib.

"Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Bakı ilə Yerevan arasında münasibətlərin də qurulmasına kömək edəcək. Bu, regionda kommunikasiyaların açılmasına yol açacaq. Biz hər zaman tərəfləri sərhədlərin demarkasiyası, minaların təmizlənməsi, nəqliyyat əlaqələrinin açılması kimi məsələlərin həllinə kömək edəcək etimadın möhkəmləndirilməsi üçün addımlar atmağa çağırmışıq. ABŞ da Cənubi Qafqazda kommunikasiyaların açılmasını, regionda hərtərəfli sülhün bərqərar olmasını dəstəkləməyə hazırdır", - deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti