...

MÜSİAD Azərbaycan rəhbərliyi TÜRKPA Baş katibi ilə görüş keçirib (FOTO)

Siyasət Materials 23 Fevral 2022 21:11 (UTC +04:00)
MÜSİAD Azərbaycan rəhbərliyi TÜRKPA Baş katibi ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

Bu gün MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli və qurumun İdarə Heyətinin üzvləri TÜRKPA Baş katibi Mehmet Süreyya Er ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüş zamanı qarşılıqlı əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb, əlaqələrin bundan sonra da inkişaf etdirilməsi ətrafında müzakirələr edilib. Rəşad Cabirli MÜSİAD Azərbaycanın fəaliyyəti və həyata keçirdiyi layihələr barəsində Mehmet Süreyya Erə geniş məlumat verib.

O qeyd edib ki, bu gün Azərbaycanla Türkiyə arasında münasibətlər yüksək səviyyədədir. Həmçinin bildirilib ki, Azərbaycanda türkiyəli iş adamlarının və investorların fəaliyyəti üçün hər cür şərait yaradılıb və onlar hər hansı çətinliklərlə qarşılaşmırlar. Vurğulanıb ki, MÜSİAD Azərbaycanın səmərəli fəaliyyəti nəticəsində Azərbaycan və Türkiyə iş adamları arasında münasibətlər inkişaf edir və türkiyəli iş adamlarının Azərbaycana marağı artmaqdadır. Qeyd edilib ki, MÜSİAD Azərbaycan öz fəaliyyəti çərçivəsində iki qardaş ölkə arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verməkdədir.

Qarşılıqlı müzakirələrlə keçən görüşdə MÜSİAD Azərbaycan və TÜRKPA arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub və birgə həyata keçirilə biləcək layihələrlə bağlı işlərin reallaşdırılması, bu cür görüşlərin müntəzəm olaraq keçirilməsi barədə qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti