...

Xarkovdakı azərbaycanlıların sayının dəqiqləşdirilməsi aparılır - Fəxri konsul

Siyasət Materials 25 Fevral 2022 14:46 (UTC +04:00)
Xarkovdakı azərbaycanlıların sayının dəqiqləşdirilməsi aparılır - Fəxri konsul

Bakı. Trend:

Hal-hazırda konsulluq əməkdaşları müxtəlif kanallarla konsulluğun xidməti dairəsində yaşayan həmvətənlərin sayının dəqiqləşdirməsi prosesi ilə məşğuldur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanovun açıqlamasında deyilir:

"Bildiyiniz kimi ötən gündən başlayaraq Ukrayna ərazilərində hərbi-siyasi vəziyyət gərginləşib. Ölkənin bir çox istiqamətlərində hərbi əməliyyatlar gedir. Ukraynanın Xarkov şəhəri ölkənin ikinci şəhəri olması ilə döyüşlərin getdiyi əsas ərazilərə yaxındır. Buna baxmayaraq Azərbaycan konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir və həmvətənlərimizə imkanları daxilində müxtəlif köməklikləri göstərməkdədir. Hal-hazırda konsulluq əməkdaşları müxtəlif kanallarla konsulluğun xidməti dairəsində yaşayan həmvətənlərin sayının dəqiqləşdirməsi prosesi ilə məşğuldur. Operativ qaydada konsulluq Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliyi və Xarici İşlər Nazirliyi ilə mütəmadi məsləhətləşmələr həyata keçirir.

Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən bildiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti