...

Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib - Zaxarova

Siyasət Materials 25 Fevral 2022 18:58 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib - Zaxarova

Bakı. Trend:

Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamə regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib.

Trend-in məlumatına görə, bunu cümə günü Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinq zamanı deyib.

"Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.

Tərəflər bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti