...

Prezident İlham Əliyevin Türkiyəyə səfəri dostluq və qardaşlığa xidmət edir

Siyasət Materials 10 Mart 2022 13:27 (UTC +04:00)
Prezident İlham Əliyevin Türkiyəyə səfəri dostluq və qardaşlığa xidmət edir

Bakı. Elçin Mehdiyev – Trend:

Türkiyə ilə Azərbaycan arasında tarixi dostluq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün daim çoxşaxəli tədbirlər həyata keçirilir. Xalqımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər bir çox qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli gündə də, kədərli gündə də bir-birlərinin yanında olublar.

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Milli Məclisin deputatı Tahir Rzayev Trend-ə açıqlamsında bildirib ki, Türkiyə - Azərbaycan dostluğunun, qardaşlığının əbədiliyi, dönməzliyi, tarixin bütün dövrlərində özünü aydın göstərib və bu gün də özünün ən yüksək zirvəsindədir.

“Bu dostluq və əməkdaşlıq dünyaya bir nümunə olmaqla yüksələn xətt üzrə inkişaf etməkdədir. Ölkələrimizin strateji müttəfiqliyi, gündən- günə genişlənən qardaşlıq əlaqələri, möhkəm təməl üzərində bərqərar olan sağlam münasibətlər əlbəttə ki, xalqlarımızın xoşbəxtliyinə və dövlətlərimizin inkişafına, birliyimizə, dönməzliyimizə xidmət edir.

Şuşa Bəyannaməsi, imzalanan mühüm sazişlər, qəbul edilən qərar və qətnamələr milli təhlükəsizliyimizin, müstəqilliyimizin qorunmasına, düşmən müdaxiləsindən birgə qorunmağımıza, xarici təsirləri dəf etməyimizə zəmanətdir”.

Deputat bildirib ki, Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamenti tərəfindən təsdiqlənməsi dünyaya birliyimizi, həmrəyliyimizi, hərbi əməkdaşlığımızı bəyan etməklə bərabər, həm də sülhə, əminamanlığa bir çağırış idi.

“Çünki hər iki dövlət - Türkiyə və Azərbaycan uzun illər düşmən təsirlərinə məruz qalmalarına, təcavüzdən əziyyət çəkmələrinə, bəlalar görmələrinə baxmayaraq, yenə də dünyada sülhün, əminamanlığın tərəfdarıdır.

Sərhədlərin təhlükəsizliyi, türkdilli dövlətlərin birliyi, insanların xoşbəxtliyi, ölkələrin inkişafı dövlətlərimizin amalıdır. Bu baxımdan qardaş dövlətlər Zəngəzur dəhlizinin açılmasına, TANAP və TAP-ın səmərəli fəaliyyətinə, geosiyasi vəziyyətdə hadisələrin düzgün qiymətləndirilməsinə və lazımi nəticələr çıxarılmasına böyük önəm verirlər.

Çünki bu nəinki iki dövlət üçün, eləcə də bütün region ölkələri, dünya xalqları üçün faydalıdır. Əgər bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, Türkiyə dünyada sülhün bərqərar edilməsində mühüm rol oynayırsa, deməli xalqlarımızın gələcəyi xoşbəxtdir, ölkələrimiz inkişaf edib daha da möhkəmlənəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri də məhz bu amallara, dostluğa və qardaşlığa xidmət edir. Sözsüz bu səfər də uğurları ilə xalqımızı sevindirəcək”, - deyə deputat əlavə edib.

T.Rzayev sonda vurğulayıb ki, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti