Bakı. Trend:
Rusiya və Ukrayna arasında ən qısa müddətdə atəşkəslə bağlı razılıq əldə olunmalıdır.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, müharibədən bəri bu, ən məhsuldar görüş oldu.
"Bu gün tərəflər arasında yaxınlaşmanın hər mərhələdə artdığını görməkdən məmnunuq. Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündə bəzi mövzularda müəyyən razılıqlar əldə olundu. Əvvəlcə xarici işlər nazirləri, sonra isə liderlər səviyyəsində görüş keçirilə bilər", - deyə əlavə edib.
Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Rusiya-Ukrayna nümayəndə heyətlərinin növbəti danışıqlar prosesi keçirilib.