...

Dövlət Komissiyası İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyası ilə niyyət protokolu imzalayıb

Siyasət Materials 4 Aprel 2022 16:52 (UTC +04:00)
Dövlət Komissiyası İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyası ilə niyyət protokolu imzalayıb

Bakı. Trend:

Aprelin 4-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında niyyət protokolu imzalanıb.

Trend xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Komissiyanın katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov protokolun Azərbaycan tərəfdən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger tərəfindən imzalandığını bildirib.

İsmayıl Axundov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsindən sonra Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin axtarışı, ekshumasiyası Dövlət Komissiyası qarşısında vəzifə kimi qoyulub. Müqaviləyə əsasən, İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyası ilə əməkdaşlığa dair imzalanan niyyət protokoluna uyğun olaraq yaxın zamanda praktiki işə başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti