...

BMT Kiyevdə fəaliyyətini bərpa edir

Siyasət Materials 7 Aprel 2022 21:52 (UTC +04:00)
BMT Kiyevdə fəaliyyətini bərpa edir

Bakı. Trend:

Əsas personalın müvəqqəti yerdəyişməsindən sonra BMT Kiyevdə fəaliyyətini bərpa edəcək.

Trend xəbər verir ki, bu barədə cümə axşamı brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik təşkilatın rəhbərinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin Moskvaya səfərinin yekunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Qriffits əsas personalın müvəqqəti yerdəyişməsindən sonra BMT-nin Kiyevdə humanitar mövcudluğunu və fəaliyyətini bərpa edəcəyini bildirib. O vurğulayıb ki, Ukrayna hakimiyyəti bu qərarı alqışlayır.

Qeyd edək ki, daha əvvəl Martin Qriffits Rusiyaya səfər edərək, bu ölkənin XİN rəhbəri Sergey Lavrovla görüşmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti