...

Qərbin də regiondakı yeni reallıqları qəbul etməsi Prezident İlham Əliyev diplomatiyasının uğurudur - Türkiyəli tədqiqatçı

Siyasət Materials 9 Aprel 2022 09:04 (UTC +04:00)
Qərbin də regiondakı yeni reallıqları qəbul etməsi Prezident İlham Əliyev diplomatiyasının uğurudur - Türkiyəli tədqiqatçı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qərbin də regiondakı yeni reallıqları qəbul etməsi Prezident İlham Əliyev diplomatiyasının uğurudur.

Bunu Brüsseldə keçirilən üçtərəfli görüşü Trend-ə şərh edən Şanxay Universitetinin Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacun deyib.

S.Yeniacun qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyev yürütdüyü uğurlu xarici siyasətlə 30 illik işğal müddətində baş verənləri və ölkənin haqlı mübarizəsini dünyaya doğru bir şəkildə çatdırdı, bölgədəki yeni reallığı başda Avropa olmaqla, bütün dünyaya qəbul etdirdi.

"Prezident İlham Əliyevin diplomatik uğuru qərb ölkələrinin Rusiyaya sanksiyalar tətbiq etdiyi bir vaxtda Soçidə imzalanan razılaşmanın Avropa İttifaqı tərəfindən də qəbul edilməsidir. Ermənistan artıq Soçi razışlaşmasının şərtlərinə əməl etməli olduğunu Avropanın təzyiqi ilə də hiss edəcək. Düşünürəm ki, Brüsseldə keçirilən görüşün ən önəmli məqamlarından biri də bu idi. Azərbaycan müharibədə azad etdiyi torpaqlarını qorumaq üçün həm ordusu ilə, həm də Prezident İlham Əliyevin liderliyi ilə yürütdüyü diplomatiyası ilə ciddi bir imtahan verdi və bunda çox böyük uğur qazandı", - deyə türkiyəli tədqiqatçı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti